13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Növbəti casus qalmaqalı başlayıb - Həbs edilən var
Tarix: 17-12-2021 14:02 | Bölmə: Slayd
Növbəti casus qalmaqalı başlayıb - Həbs edilən var

ABŞ-ın müdafiə firmasında işləyən mühəndis Rusiyaya casusluq etmək və məxfi məlumatları ruslara sızdırmaq şübhəsi ilə Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən saxlanılıb.

Reyting.az
-ın xəbərinə görə, ABŞ Ədliyyə Nazirliyi bəyan edib ki, 10 ildir müdafiə şirkətində işləyən mühəndis Con Murray Rovenin rus casusu olmasına ciddi şübhələr yaranıb. FTB əməkdaşları Con Murray Roveni saxlayıblar. O, ruslara məxfi məlumatlar ötürməkdə şübhəli bilinir.

63 yaşlı Rove təhlükəsizlik qaydalarını pozduqdan sonra işdən qovulub, bundan sonra şirkət üçün təhdid yarada biləcəyi ehtimalı ilə FTB məxfi əməliyyat keçirib.

Rus agenti kimi davranan FTB-nin məxfi əməkdaşlarından biri ilə Dakotdakı oteldə görüşən Rove məxfi məlumatlara malik olduğunu bildirib, Rusiyaya köçmək və rus hökumətinə məxfi məlumatlar vermək kimi fəaliyyətə meyl edib.

İstintaqın bir hissəsi kimi məlum olub ki, Rove 2020-ci ilin mart ayından başlayaraq 8 ay ərzində özünü rus casusu kimi təqdim edən başqa bir FTB əməkdaşı ilə 300-dən çox emailpoçt mübadiləsi aparıb.

Məhkəmə qeydlərinə görə, Rove bir elektron poçt məktubunda ABŞ döyüş təyyarələrinin təfərrüatlarını paylaşıb, digər elektron poçtla isə “Əgər burada iş tapa bilməsəm, o zaman digər komanda üçün işləyəcəm”,- ifadələrindən istifadə edib.

Cənubi Dakota Federal Məhkəməsi Rove barəsində qərar verib. O, xarici hökumətə kömək etmək üçün milli müdafiə məlumatlarını sızdırmağa cəhd etdiyi üçün həbs olunub.

İlkin ehtimala görə, Roveni ömürlük həbs cəzası gözləyir.

Prokurorlar qeyd ediblər ki, Rove 40 ildir podratçı müdafiə firmalarında sınaq mühəndisi işləyir və təhlükəsizlik icazələrinə malikdir. O, 2018-ci ilin martında təhlükəsizlik qaydalarını pozduğuna görə adı açıqlanmayan aviasiya şirkətindən qovulub.

Onu da qeyd edək ki, ABŞ və Rusiya arasında casus savaşının qızışdığı bir vaxtda Rusiya NATO və Vaşinqtondan təhlükəsizlik təminatları tələb edir.

Rusiya ilə Ukrayna arasında yaşanan gərginliklə bağlı Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov isə bəyan edib ki, heç kimə hücum etməyi planlaşdırmırlar: “NATO bizə vədlər verdi, amma yerinə yetirilmədi. Biz artıq boş vədlərə inanmırıq”.

Ötən gün Kremlin sözçüsü Dmitri Peskov isə elan edib ki, Rusiya təhlükəsizlik təminatına dair danışıqlara hazırdır və bu ilin sonuna qədər Putin-Bayden görüşü baş tuta bilər.




Bölməyə aid digər xəbərlər