13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qərb analitikləri: Rusiyanı Ukraynada yalnız Türkiyə dayandıra bilər
Tarix: 17-12-2021 18:50 | Bölmə: Slayd
Qərb analitikləri: Rusiyanı Ukraynada yalnız Türkiyə dayandıra bilər

Türkiyə Rusiya-Ukrayna qarşıdurmasında şərtləri dəyişdirəcək bir rol ala bilər. Reyting.az xəbər verir ki, belə bir qənaətə ABŞ-ın düşüncə mərkəzlərindən sayılan “Atlantic Council” gəlib.

“Atlantic Council”in məqaləsində qeyd edilir ki, Ukrayna Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə rus işğalına ciddi müqavimət göstərə bilər.

Məqalədə yazılır ki, ABŞ və onun Avropadakı müttəfiqləri Rusiyanı Ukraynaya yenidən müdaxilə etməkdən çəkindirmək istədikləri üçün birbaşa hərbi gücdən istifadə masadan kənar görünür. Amma son illər bir taktikadan istifadə edərək Kremli ilk dəfə barışığa gəlməyə məcbur edən bir NATO ölkəsi var: Türkiyə!

Bildirilir ki, rəsmi Ankara Kiyevlə müdafiə sahəsində əməkdaşlığı ikiqat artıraraq, onlarla “Bayraktar TB2” dronunun satışını davam etdirməklə prosesi yüksəldib.



Məqalədə Türkiyənin 2017-ci ildə bağlanmış müqavilə ilə Rusiyadan “S-400” raketdən müdafiə sistemləri aldığı və bunun müqabilində ABŞ-ın “F-35” müqaviləsindən çıxdığı xatırladılıb. Qeyd olunub ki, Türkiyənin Suriyada vətəndaş müharibəsində vasitəçilik etmək üçün BMT öncüllüyündə Astana prosesində Rusiya və İrana qoşulub.

“Əslində Rusiya-Türkiyə münasibətləri mürəkkəbdir”,- fikrinin də yer aldığı məqalədə yazılıb ki, arxa planda çox vaxt Qara dəniz regionunda əsrlər boyu davam edən diplomatik düşmənçilik və hərbi münaqişələr var.

Türkiyə ilə Rusiya arasında enerji, turizm, tikinti və kənd təsərrüfatı sahələrində iqtisadi maraqların olmasına baxmayaraq, Ankaranın Moskvanın Krımın ilhaqını rədd etdiyi və Ukraynanın ərazi bütövlüyünü təsdiqləmək üçün NATO müttəfiqlərinə qoşulduğu bildirilib.

“Ankara Kiyevlə eyni vaxtda əsasən müdafiə sənayesi sahəsində əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıqla məşğul olub ki, bu əməkdaşlığa gizli imkanlara malik donanma gəmilərinin satışı, həmçinin hərbi təyyarələr üçün reaktiv mühərrik, eləcə də pilotsuz təyyarələrin birgə hazırlanması daxildir”,-ABŞ-ın beyn mərkəzi qeyd edir.

Vurğulanır ki, İsrailin Rusiyanı əsəbləşdirmək qorxusu ilə Ukraynaya öz dron modellərini satmaqdan vaz keçməsindən 5 il sonra Türkiyənin dronlarını Ukraynaya satması strateji əhəmiyyətə malikdir.

Bildirilir ki, döyüş sahəsi kəşfiyyatını və dəqiq raket hücumlarını zərərsizləşdirməyə və hava üstünlüyündən istifadəyə yönəlmiş sıx əlaqələndirilmiş artilleriya zərbələri ilə birləşdirən PUA-ların yenilikçi taktikasının dağıdıcı təsiri Rusiyanı narahat etmək üçün kifayət qədər əsas yaradır.

Türk dronlarının ötən il baş verən İkinci Qarabağ müharibəsində balansı dəyişdiyini xatırladan analizdə “Türkiyənin hərbi qətiyyəti və diplomatik ayıqlığı Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaq üçün mübarizə aparan NATO-ya mühüm imkanlar təklif edir”, - ifadəsi xüsusi diqqət çəkir.





Bölməyə aid digər xəbərlər