13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya donanmasının ən müasir gəmisi yandırılıb - Video
Tarix: 18-12-2021 17:03 | Bölmə: Slayd
Rusiya donanmasının ən müasir gəmisi yandırılıb

Rusiya hərbi donanması üçün nəzərdə tutulan və gələn ilin sonuna qədər tikintisinin yekunlaşdırılması planlaşdırılan super gəmidə dəhşətli yanğın baş verib.

Reyting.az
xəbər verir ki, gəminin tikintisi Sankt-Peterburq şəhərindəki Severnaya Valf Gəmi İnşaat Limanında həyata keçirilirmiş.

Rusiya Müdafiə Nazirliyinin Hərbi Dəniz Donanması üçün 20385 adlı layihə əsasında istehsal olunması planlaşdırılan gəmidəki yanğını söndürmək üçün ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus 42 yanğınsöndürmə avtomobili cəlb edilib. Yanğın zamanı bir nəfər liman işçisi və iki yanğınsöndürən də daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Hadisənin təxribat olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.

Rusiya İstintaq Komitəsi bəyan edib ki, hərbi gəmidə baş verən yanğının səbəblərinə dair ilkin ehtimallar araşdırılır.

Yanğının gəminin baca hissəsində çıxdığı və kapitanın otağının tamamilə yandığı bildirilir.

Yanan gəminin Rusiya donanmasının Sakit okeanda olan qrupuna qatılması və Kamçatkada mövqe tutması planlaşdırılırmış. Gəminin 2 min 200 ton ağırlığında, 104 metr uzunluğunda və 13 metr enində olduğu qeyd edilir. Bundan başqa, gəminin 27 dəniz milində sürətlə hərəkət etmək imkanına malik olduğu, 3500 dəniz mili mənzilinə sahib olduğu açıqlanmışdı.

Gəmiyə ayrıca Rusiyanın “Onyx” və “Zirkon” kimi güclü raketlərinin yerləşdirilməsi də planlaşdırılırdı.





Bölməyə aid digər xəbərlər