13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya Ukrayna ilə sərhədə yenidən ordu göndərir
Tarix: 18-12-2021 17:34 | Bölmə: Slayd
Rusiya Ukrayna ilə sərhədə yenidən ordu göndərir

ABŞ və NATO-nun xəbərdarlıqlarına baxmayaraq Rusiya Ukrayna yaxınlığına ordu cəmləşdirməkdə davam edir.

Reyting.az
xatırladır ki, Rusiya və Ukrayna arasında son dövrlər artan diplomatik-hərbi gərginliyə ABŞ və NATO da daxil olub, hətta ABŞ pezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə keçirdiyi videokonfrans zamanı gərginliyi azaltmaqla bağlı çağırış edib.

Qarşılıqlı açıqlamalara rəğmən Rusiyanın son günlər Ukrayna sərhədlərinə doğru yeni hərbçilər toplamaqda davam etdiyi bildirilir.



Kəşfiyyat mənbələri mərkəzi qərargahı ABŞ-da yerləşən “CNN İnternational” telekanalına bildiriblər ki, sərhəd bölgəsinə daha çox rus əsgəri göndərilib.

ABŞ və Ukrayna rəsmiləri Rusiyanın hərbi səyləri dəstəkləmək üçün hava və dəmiryol sistemlərini aktivləşdirdiyini bildiriblər.

ABŞ kəşfiyyatının son qiymətləndirmələri 50-dən çox batalyonun Ukrayna sərhədində və ətrafında yerləşdirildiyini, daha altısının isə yolda olduğunu üzə çıxarıb. Tipik olaraq bu batalyonların hər birində 900-ə qədər şəxsi heyət var; qoşunlar artilleriya, tank əleyhinə silahlar, kəşfiyyat və mühəndis bölmələrinin birləşməsindən ibarət döyüş bölmələri kimi fərqlənir.

Bayden administrasiyası hesab edir ki, Putinin Ukraynaya hücuma keçib-keçməyəcəyinə dair qərar vermədiyini nəzərə alaraq, Rusiya işğalının qarşısını almaq üçün hələ də imkan var.

CNN-ə danışan Ağ Ev rəsmisi “Danışıqların daha sakit bir mühitdə baş tutacağı təqdirdə daha məhsuldar olacağına inanırıq”,- deyib.



Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi təklif layihəsinə görə, Rusiya ABŞ və NATO-dan təhlükəsizlik zəmanəti, o cümlədən NATO-nun daha Şərqə doğru genişlənməyəcəyi və Ukraynanın hərbi alyansa qoşulmasına icazə verməyəcəyi barədə məcburi öhdəlik tələb edib.

Rusiyanın təklifləri Moskvaya gələn ABŞ Dövlət katibinin müavini Karen Donfriedə təqdim olunub. Dilomat da öz növbəsində deyib ki, bu təklifləri ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə bölüşəcəklər.

Lakin Bayden ABŞ-ın və NATO-nun Ukraynanın gələcəyi ilə bağlı heç bir güzəştə getməyəcəyinə yenidən işarə ediblər.

Ağ Evin yüksək vəzifəli rəsmisi bildirib ki, görüş zamanı Bayden Putinə deyib: “Bir millət başqa bir milləti sərhədini dəyişməyə məcbur edə bilməz; bir millət digərindən öz siyasətini dəyişməyi tələb etməməlidir və başqalarına kiminlə işləyə biləcəklərini deyə bilməz”.

NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı keçirdiyi mətbuat konfransında bu bəyanatları təsdiqləyərkən deyib: “Biz dialoqun, xüsusən də indiki kimi çətin anlarda vacib olduğuna inanırıq”.

“Maxar Technologies” tərəfindən çəkilmiş və CNN-ə təqdim edilən son peyk görüntüləri Rusiyanın Ukrayna sərhədi yaxınlığına yeni qoşun və texnika yığdığını göstərir. Görüntülər həmçinin sentyabrın 7-dən dekabrın 5-dək Rusiyanın cənub-qərbində yerləşən Soloti şəhərində Rusiyaya məxsus hərbi maşınların sayının artdığını göstərir.

Amma ABŞ fəaliyyətini rusların hərəkətlərini izləməklə məhdudlaşdırmır. İddiaya görə, Bayden hökuməti daha əvvəl əfqan hökuməti üçün ayırdığı helikopter və digər hərbi ləvazimatları Ukraynaya göndərmək planı üzərində işləyir.



ABŞ və Ukraynanın yüksək səviyyəli rəsmilərinə əsaslanan “Wall Street Journal”ın xəbərinə görə, Ukrayna ABŞ-dan əvvəllər Əfqanıstan ordusuna göndərilməsi planlaşdırılan hərbi texnikanı tələb edib. Ukrayna rəsmiləri məsələni ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə müzakirə ediblər. Pentaqon Ukraynaya daha çox texnika göndərilməsinə müsbət yanaşır, lakin Ağ Evin Milli Təhlükəsizlik Şurası bu planı hələ təsdiqləməyib və hazırda problemin diplomatik yolla həllini axtardıqlarını bildirib. Müzakirə olunan avadanlıqlar arasında “Mi-17” tipli helikopterlərin olduğunu iddia edən səlahiyyətlilər, bu helikopterlərin Ukrayna hərbi qüvvələrini gücləndirəcəyinə əmindirlər. Buna paralel bir Ukrayna rəsmisi ABŞ-ın “Stinger” hava hücumundan müdafiə sistemi üçün lobbiçilik etdiyini bildirib.




Bölməyə aid digər xəbərlər