13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
ABŞ Azərbaycanı alqışlayır
Tarix: 20-12-2021 08:24 | Bölmə: Slayd
ABŞ Azərbaycanı alqışlayır

Azərbaycan humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək 10 hərbçini Ermənistana təhvil verməsi ABŞ tərəfindən alqışlanıb.

Reyting.az
-ın məlumatına görə, bunu özünün "Twitter" səhifəsində ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays yazıb.

Rəsmi nümayəndə qeyd edib ki, Azərbaycanın dekabrın 19-da Avropa İttifaqının dəstəyi ilə 10 erməni hərbçini azad etməsini alqışlayırıq.

Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan Respublikası 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistana təhvil verib.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb.




Bölməyə aid digər xəbərlər