13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Tramp: “Çin 60 trilyon təzminat ödəməlidir!”
Tarix: 20-12-2021 09:45 | Bölmə: Slayd
Tramp: “Çin 60 trilyon təzminat ödəməlidir!”

ABŞ-ın sabiq prezidenti Donald Tramp Çindən 60 trilyon dollar həcmində reparasiya ödəməsini tələb edib.

Reyting.az
-ın xəbərinə görə, “Fox” telekanalının yaydığı məlumatda deyilir ki, Tramp bu vəsaitin koronavirus pandemiyasının vurduğu ziyanın qismən kompensasiya edilməsinə yönəldiləcəyini açıqlayıb: “Onlar bu təzminatı ödəməlidirlər, amma təəssüf ki, hazırda Çinin bu qədər pulu yoxdur. Həmin vəsait bütün dünya üçün nəzərdə tutulmalıdır”.

Eks-prezident dünyanı bürümüş COVİD-19 virusunun məhz Çində laboratoriyada hazırlandığına aid dəqiq məlumatlara malik olduğunu da vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl Amerika kəşfiyyatı koronavirusun mənşəyi ilə bağlı məxfi hesabatın bir qismini KİV-lərdə dərc etmişdir. Araşdırmaların yekununda yerli mütəxəssislər bu qənaətə gəliblər ki, koronavirus bioloji silah qismində Çinin laboratoriyasında hazırlanmışdır.




Bölməyə aid digər xəbərlər