13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
“Omikron”un gecə əlamətləri də varmış
Tarix: 20-12-2021 10:07 | Bölmə: Slayd
“Omikron”un gecə əlamətləri də varmış

Koronavirusun “omikron” ştammı yalnız gecələr peyda olan qeyri-adi əlamətə malikdir. Reyting.az xəbər verir ki, CAR-ın həkimləri belə qənaətə gəliblər.

“Daily Star” portalının yazıdığına görə, Cənubi Afrikalı həkim-virusoloqlar “omikrona” yoluxan xəstələrdə gecələr yüksək tərləmənin müşahidə olunduğunu bildiriblər. Əvvəlcə yeni növ ştammın əlamətlərinə sadəcə fasiləsiz öskürəyi, yüksək hərarəti və iy və dadbilmə hissinin itirilməsini aid edirdilər. İndi isə bu sıraya zökəm, baş ağrıları, əzginlik, bədəndə küt ağrılar, eləcə də gecə tərləmələri də əlavə olunub.

Terapevt Amir Xanın qənaətinə görə, koronavirusun bu əlamətlərini Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) siyahısına daxil etmək lazımdır. Bu yolla “omikrona” yoluxma hallarını dəqiq izləmək və virusun aşkar edilməsini asanlaşdırmaq mümkün olardı.

Həkimin sözlərinə görə, “qırmızı zonaya” düşən xəstələrin əksəriyyəti gecələr çox tərləmədən şikayər edirlər. Onlar hətta gecə ərzində bir neçə dəfə alt geyimlərini dəyişməli olurlar.




Bölməyə aid digər xəbərlər