13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türk dronları daha bir ölkədə müharibənin taleyini həll edib - Fotolar
Tarix: 21-12-2021 13:34 | Bölmə: Slayd
Türk dronları daha bir ölkədə müharibənin taleyini həll edib

Efiopiya paytaxtının 130 kilometrliyinə qədər gələn üsyançı qüvvələr bir neçə həftə ərzində darmadağın edilib. Qərb mediası bu müharibənin taleyini pilotsuz uçuş apatratlarının (PUA) həll etdiyini yazır.

Reyting.az
xəbər verir ki, bazar ertəsi Efiopiyadakı üsyançılar iki kritik bölgədən geri çəkilərək öz mövqelərinə qayıdıblar. Bununla, 13 aydır davam edən savaşda dönüş yaşanıb.

Xatırladaq ki, 2019-cu ildə Nobel sülh mükafatı alan Efiopiyanın baş naziri Abiy Əhməd şəxsən cəbhəyə gedərək savaşdığını elan etmiş, Addis Ababa sakinlərini şəhəri müdafiə etməyə çağırmışdı.



Ancaq bir ay ərzində bütün balanslar dəyişib. Hökumət sözçüsü Getaxhev Reda “Twitter” hesabında Amhara və Afar bölgələrindən olan üsyançıların geri çəkildiyini yazıb. Bəyanatla çıxış edən ABŞ ümid edir ki, geriçəkilmə diplomatiya üçün daha geniş qapı aça bilər.

Qeyd edək ki, dönüş nöqtəsindən yazan “New-York Times” qəzetindəki xəbərin başlığı diqqətçəkicidir: PUA-lar Efiopiyada vətəndaş müharibəsinin nəticəsini həll edib.

Qəzet qeyd edib ki, Nobel mükafatı laureatı Abiy Əhməd əsgərlərini “qəhrəman” adlandırsa da, müharibənin taleyini dəyişdirən əsl qəhrəmanlar səmadakı “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SİHA) olub. Türkiyə ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və İrandan da pilotsuz uçuş aparatları alan Efiopiya ordusu paytaxtın qapısında dayanan Tiqray üsyançılarının hücumunu pilotsuz təyyarələrlə dəf edib.



“Bayraktar TB2”-lər Əddis-Əbəbəyə gedən yolda üsyançılara və onlara dəstək verən təchizat konvoylarına dəfələrlə zərbələr endirib.

Üsyançı liderlərdən biri Tsadkan Gebretensae, “New-York Times”-ə deyib ki, bir dəfə səmada 10 ədəd dron var idi: “Təsəvvür edin ki, bunun təsiri necə idi. Biz əslində asan hədəf idik”.

“The New-York Times” yazıb ki, pilotsuz təyyarələr Liviya və Dağlıq Qarabağda olduğu kimi Efiopiyada da xüsusi performans göstərir.

Məlumat üçün qeyd edək ki, Efiopiyanın baş naziri Türkiyə prezidenti ilə avqust ayında hərbi müqavilə imzalayıb.

Bir çox Afrika ölkəsinin “Bayraktar TB2” ilə maraqlandığını qeyd edən Qərb mediası Türkiyənin Efiopiyaya müdafiə və hava ixracatının bir ildə 235 min dollardan 95 milyon dollara yüksəldiyini yazıb.





Bölməyə aid digər xəbərlər