13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiyanın müharibə təhlükəsi sovuşmayıb
Tarix: 21-12-2021 16:52 | Bölmə: Slayd
Rusiyanın müharibə təhlükəsi sovuşmayıb

“Rusiya NATO və ABŞ qarşısında özünün təhlükəsizlik məsələsini qaldırır. Xüsusilə, Gürcüstan və Ukraynanın NATO üzvlüyünə qəbul edilməyəcəyinə təminat tələb edir, habelə NATO-nun Şərqə doğru genişlənməyəcəyinə zəmanət və hərbi ittifaqın Rusiya sərhədləri yaxınlığında olan silahlarının geri çəkilməsini istəyir. Hesab edirəm ki, Rusiya-Ukrayna gərginliyinin inkişaf perspektivi daha çox ABŞ və müttəfiqlərinin bu zəmanət tələblərinə reaksiyasından asılı olacaq”.

Bunu Reyting.az-a professor Əli Abbasov deyib.

Ə. Abbasov bildirib ki, bu il Rusiyanın Ukrayna ilə bağlı qəti qərar vermək, bu ölkəyə müdaxilə etmək ehtimalı yoxdur.

Onun sözlərinə görə, Rusiya daxilindəki durumun necə olmasına diqqət etmək lazımdır. Bu durum kiçik müharibə etməyin Rusiya üçün uğurlu olub-olmayacağını müəyyən edə bilər.

Professor əlavə edib ki, Ukrayna Donbasda vəziyyəti ələ almaq istəyir:

“Elə Moldova da Dnestryani bölgə haqqında düşünür. Heç olmasa status-kvo olsun deyə, burada gərgin durumdur. Gürcüstan isə NATO üzvü olmaya-olmaya NATO bazası açmağa hazırdır. Mümkündür ki, hansısa müharibə olsun, bunu istisna etmək olmaz”.

Ə. Abbasov qeyd edib ki, burada Rusiyanın öz təhlükəsizliyinə dair Qərb qarşısında qaldırdığı zəmanət mühüm rol oynayacaq: “Çünki çoxları deyir ki, sabah müharibə başlasa NATO Ukraynanı müdafiə edə bilməz, Ukrayna NATO-nun üzvü deyil. Sanki 2008-ci ildəki Gürcüstan variantı təkrar oluna bilər”.




Bölməyə aid digər xəbərlər