13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya iki ölkəyə verdiyi təbii qazı dayandırıb - Diplomatik savaş iqtisadi mərhələyə keçir
Tarix: 22-12-2021 10:44 | Bölmə: Slayd
Rusiya iki ölkəyə verdiyi təbii qazı dayandırıb - Diplomatik savaş iqtisadi mərhələyə keçir

Almaniyanın paytaxtı Berlində 2019-cu ilin 23 avqustda Gürcüstan vətəndaşı Səlimcan Canqaşvilini öldürən Rusiya vətəndaşı Vadim Krasikovun ömürlük həbs cəzası alması və alman hökumətinin iki rus diplomatını “arzuedilməz şəxs” elan etməsindən sonra Berlin-Moskva münasibətləri böhran həddinə çatıb.

Reyting.az
xəbər verir ki, Rusiya buna qarşılıq olaraq Moskvadakı iki alman diplomatın deportasiya edilməsi ilə sakitləşməyərək Polşa və Almaniyaya ixrac etdiyi qazı kəsib.

Prezident Vladimir Putinin göstərişi ilə Belarus üzərindən Polşa və Almaniyaya verilən Rusiyanın təbii qazı “işgüzar səbəblərlə” bağlanıb. Polşaya qaz verən klapanların bazar günündən etibarən bağlandığı bildirilsə də, dünən saat 11:00-dan etibarən Almaniyada yığılan təbii qazın Polşanın ehtiyacını ödəmək üçün yenidən Şərqə doğru axdığı ortaya çıxıb.

Qeyd edək ki, Moskva iki ölkəyə gedən qaz kəmərini bağladıqdan sonra Hollandiyada təbii qazın qiyməti 37 faiz artıb.

Digər tərəfdən, Rusiya prezidenti Putin və Almaniya kansleri Olaf Şolz arasında dünən ilk telefon danışığı olub. Bildirilib ki, görüşdə Ukrayna böhranı müzakirə edilib və Şolz Rusiya sərhədində artan hərbi birləşmə ilə bağlı narahatlığını ifadə edib.

Kremlin görüşlə bağlı yaydığı məlumatda bildirilib ki, V. Putin NATO-nun Şərqə doğru irəliləməsinin, Rusiya və qonşu ölkələrdə hücum sistemlərinin yerləşdirilməsinin qarşısını alan uzunmüddətli, hüquqi cəhətdən məcburi təhlükəsizlik təminatları ilə bağlı təkliflər səsləndirib.

Görüş zamanı Almaniya və Polşanın qazının kəsilməsinə dair hər hansı bilgiyə rast gəlinməyib. Bəzi ekspertlər isə iddia edirlər ki, tərəflər daha çox qaz məsələsini müzakirə edib.

Yeri gəlmişkən, Almaniyada hakimiyyət dəyişikliyindən sonra yeni komandanın Merkel dövründən fərqli olaraq Qərb koalisiyasına daha çox meyl etdiyi müşahidə olunur.

Onu da qeyd edək ki, bundan əvvəl Almaniyanın yeni kansleri və Fransa prezidenti Makron Brüsseldə birgə mətbuat konfransı zamanı bəyan ediblər ki, əgər Rusiya Ukraynaya hücum edərsə “Şimal axını-2” layihəsinə sanksiya tətbiq olunacaq.




Bölməyə aid digər xəbərlər