13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat: “Ermənistan boş vədlərlə məşğul olsa, yenidən…”
Tarix: 22-12-2021 16:17 | Bölmə: Slayd
Deputat: “Ermənistan boş vədlərlə məşğul olsa, yenidən…”

“Brüssel görüşü müsbət oldu və aparılan ümumi proses elan edildi. Bütün danışıqların və Azərbaycanla Ermənistan arasında sülh prosesinin təkcə Rusiyanın nəzarətində olması yaxşı hal deyil. Bu mənada Avropa Birliyinin bu prosesə töhvə vermək istəyi müsbətdir. Amma illuziya olmamalıdır ki, Moskvanın bacarmadığını Brüssel edəcək. Belə deyil”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov əlavə edib ki, Azərbaycan-Ermənistan problemlərinin Avropa Birliyi problemləri içərisində ilk onluğun sonunda olub-olmadığı bilinmir: “Çünki Ukrayna, Belarus məsələsi, habelə Moldova konflikti var. Eləcə də Abxaziya, Kipr, Yuqoslaviya, Kosova, Bosniyadakı problemlər də Avropa Birliyi üçün önəmlidir, nəinki pereferiyada olan Azərbaycan-Ermənistan konflikti. Ona görə də düşünməməliyik ki, Brüsseldə bütün məsələləri bir kənara qoyaraq bizim problemlə məşğul olacaqlar. Belə düşünmək sadəlöhvlük olardı”.

Deputat bildirib ki, Azərbaycan-Ermənistan konflikti Rusiya üçün daha önəmlidir, nəinki Brüssel üçün.

Politoloq qeyd edib ki, Brüssel görüşünün müsbət nəticələri var: “Bu o demək deyil ki, müsbət nəticə orada əldə edilib. Paşinyandan Moskva tərəfindən də tələblər var. Bu tələblər Brüsseldə də təkrarlanıb. Onun da imkanı var ki, hər tərəfdən belə tələblərin olduğunu göstərsin və bundan boyun qaçırmağın qeyri-mümkünlüyü diqqətə çatdırılsın. Ona görə də demək olar ki, Ermənistan Zəngəzur dəhlizinin Mehridən keçən hissəsinin inşaası ilə bağlı məsələni dilə gətirdi və dedi ki, bunu edəcəyik. Hələ deyiblər ki, bunu 2-3 ilə edəcəklər. Əlbəttə, bu, böyük vaxtdır. Onların üzərinə düşən hissəsi - 45 kilometrlik dəmiryolunun bərpası heç də 2-3 il zaman tələb etmir. Bunu bir ilə də tamamlamaq mümkündür. Hətta şişirdilmiş maliyyə tutumu da deyirlər. Amma reallıq odur ki, bu mərhələ praktik müstəviyə keçmək üçün elan edilib. İndi bunun arxasından nə gələcək? Sürünməklə məşğul olacaqlar, yoxsa real işlər - bunu zaman göstərəcək. Boş vədlər olacaqsa, yenə təzyiq altına düşəcəklər”.




Bölməyə aid digər xəbərlər