13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Sülhəddin Əkbər: “Ukrayna münaqişəsi Rusiyanın dağılmasının başlanğıcı ola bilər”
Tarix: 22-12-2021 16:54 | Bölmə: Slayd
Sülhəddin Əkbər: “Ukrayna münaqişəsi Rusiyanın dağılmasının başlanğıcı ola bilər”

“Rusiyanın dövlət başçısı Vladimir Putinin ultimatumu nüvə şantajı və daha da möhkəmlənmək cəhdindən qaynaqlanır. ABŞ və NATO-nun bu şantaja boyun əyəcəyini düşünmürəm. Nəticədə Rusiya həm silahlanma yarışına başlayacaq, həm də adekvat olaraq hərbi və hərbi texniki cavablar vermək məcburiyyətində qalacaq”.

Bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər Rusiya prezidenti Vladimir Putinin son çıxışlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya həm Qərb istiqamətində qoşunlarının sayını artırmağa, həm də ortamənzilli və nüvə başlığı daşıyan raketləri yerləşdirmək üçün daha çox baza qurmağa məcburdur. Xüsusilə, Belarus ərazisində, Ukrayna ətrafında və işğal etdiyi Krımda. Bunun tərkib hissəsi kimi Qara dəniz-Azov hövzəsi ön planda olacaq.

Partiya sədri iddia edir ki, bütün bunlar nəticə olaraq SSRİ-nin dağılması öncəsi yaranmış vəziyyətə gətirib çıxaracaq: “Başqa sözlə, necə ki Əfqanıstan SSRİ-nin dağılmasının başlanğıcı oldu, Ukrayna münaqişəsi də Rusiyanın, ən azı Putin rejiminin dağılmasının başlanğıcı ola bilər”.

S. Əkbər Rusiya ilə ABŞ arasında soyuq müharibəyə dair iddiaları da doğru saymır. Onun fikrincə, soyuq müharibə ideoloji baxımdan dünyanın iki qütbə ayrılması və bu qütblər arasında mübarizənin getməsini özündə ehtiva edir. İndiki şəraitdə dünyada ikiqütblülük yoxdur, əksinə, dünya çoxqütblü inkişaf edir. “Amma gələcəkdə dünya iki qütbə bölünərsə - halbuki bunun üçün Rusiya və Çinin birgə olması vacibdir - bu halda yeni soyuq müharibə haqqında danışa bilərik. İndi baş verənləri soyuq müharibə adlandırmaq çox tezdir. Bu, getdikcə kollektiv Qərbin basqı və mühasirəsinə ağrılı cavab verən Rusiyanın çıxılmaz vəziyyətə düşməsi və bu durumda qeyri-rassional addımlar atmasının göstəricisidir”,- deyə S. Əkbər əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər