13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Prezident beş nəfərə ali hərbi rütbə verib - Sərəncam
Tarix: 22-12-2021 16:54 | Bölmə: Slayd
Prezident beş nəfərə ali hərbi rütbə verib

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamla Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor İlham Əyyub oğlu Abdullayevə

general-mayor Şahmar Ənvər oğlu Paşayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Adil Ələsgər oğlu Abdullayevə

polkovnik Əşrəf Məmməd oğlu Qasımova

polkovnik Raul Süleyman oğlu Zeynalova.

***

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Eldar oğlu Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.




Bölməyə aid digər xəbərlər