13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Beynəlxalq böhran qrupu sülh variantı axtarır
Tarix: 23-12-2021 11:46 | Bölmə: Slayd
Beynəlxalq böhran qrupu sülh variantı axtarır

Beynəlxalq böhran qrupu Rusiyaya, Avropaya və ABŞ-a Ukrayna ilə bağlı xüsusi razılaşma imzalamağı təklif edib.

Reyting.az
xəbər verir ki, Beynəlxalq böhran qrupu (IGG) Rusiyanın silahlı qüvvələrinin Ukrayna sərhədində cəmləşməsindən ciddi narahatlıq keçirdiyini açıqlayıb. Bununla bağlı beynəlxalq təşkilat Moskvaya, Vaşinqtona və Brüssel kollektivinə “ehtiyatlı” saziş bağlamağı təklif edib. Həmin sazişdə “gərginliyin azaldılmasını nümayiş etdirməyə” xoş məramın olduğu yazılacaqmış.

IGG hesab edir ki, sazişdə ikinci tərəfin təxribat kimi qəbul edə biləcəyi hərbi manevrlərdən imtina olunmasını göstərmək lazımdır. Böhran qrupunun alimləri güman edir ki, məhz belə bir razılaşma “təxribatçı hərbi təlimlərə” son qoya və sülh danışıqlarının başlanmasına imkan yarada bilər.

Beynəlxalq təşkilatın açıqlamasında həmçinin gərginliyin dərəcəsini aşağı salmaqdan ötrü Rusiyanın razılaşa biləcəyi tədbirlərə diqqət yönəldilir. Yəni, Moskvaya qoşunlarının qonşu ölkənin sərhədlərindən geri çəkmək, ölkənin bu ərazisindəki hərbi infrastrukturunu aradan qaldırmaq təklif olunur. Qərb isə bunun müqabilində Qara və Baltik dənizlərində hərbi təlimlərinin sayını minimuma endirəcəyinə söz verməlidir.

Böhran qrupunun ekspertlərinin qənaətinə görə, ABŞ və Avropa rəsmiləri Ukraynanın və Gürcüstanın Şimali Atlantika Alyansına daxil olması barədə tez-tez və ucadan danışmağa son qoymalıdırlar.(Mənbə:utro.ru)




Bölməyə aid digər xəbərlər