13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
NATO Ukraynaya ordu yeridir, komandanlıq Türkiyədə olacaq
Tarix: 23-12-2021 13:33 | Bölmə: Slayd
NATO Ukraynaya ordu yeridir, komandanlıq Türkiyədə olacaq

NATO Ukrayna mövzusunda Rusiyaya qarşı ilk addımını atıb və sürətli müdaxilə qüvvələrini əməliyyata hazır vəziyyətə gətirməyə başlayıb.

Reyting.az
xəbər verir ki, bunu Almaniyanın “Welt” qəzeti yazıb.

Böyük əks-sədaya səbəb olan xəbərdə bildirilir ki, NATO daxilində Çox Yüksək Hazırlıq Birgə İşgüzar Qrupu (VJTF) adlanan bölmə 5 gün ərzində böhran bölgəsinə yerləşməyə hazır olacaq.

NATO-nun ən sürətli bölməsi olan VJTF-nin komandanlığı hazırda Türkiyədədir. Qeyd olunur ki, türk əsgərlərinin də aparıcı qüvvə kimi dayandığı bölmə iki-yeddi gün ərzində əməliyyata hazır olacaq.

Xatırladaq ki, Türkiyənin ötən il Polşadan təhvil aldığı VJTF komandanlığı gələn ilin əvvəlində Fransaya keçəcək. Fransa hərbçilərinin 45 gün ərzində əməliyyata hazır olacağı bildirilir.



Diqqətə çatdıraq ki, VJTF təxminən 40.000 əsgərdən ibarət çoxmillətli NATO Cavab Qüvvələrinin (NRF) ən sürətlə hərəkət edən bölməsidir. Alyansın müdafiəsi və dünyadakı böhranlar zamanı hərəkətə keçən NRF son dəfə Əfqanıstanda evakuasiya əməliyyatlarında iştirak edib.

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra çəkindirmə məqsədi ilə yaradılan VJTF qısa müddət ərzində təxminən 20 min əsgəri səfərbər edərək onları müəyyən olunmuş böhran bölgəsinə yerləşdirə bilir.

Onu da qeyd edək ki, ABŞ-ın kəşfiyyat rəsmiləri Rusiyanın dekabrda sərhədə təqribən 175 min hərbçi yerləşdirməyi planlaşdırdıqlarını bildiriblər. ABŞ Rusiyanın 2022-ci ildə hərbi müdaxiləyə hazırlaşdığını düşünür.




Bölməyə aid digər xəbərlər