13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Politoloq: “Ukrayna məsələsi Rusiyanı ya bitirəcək, ya da...”
Tarix: 23-12-2021 15:29 | Bölmə: Slayd
Politoloq: “Ukrayna məsələsi Rusiyanı ya bitirəcək, ya da...”

“Rusiyanın vəziyyəti yaxşı deyil. Buna baxmayaraq, imperiya maraq və ambissiyaları Moskvanı Qərblə qarşıdurmaya sövq edir. Ukrayna mövzusunun qabarması və gərginliyin artmasının səbəbi budur”.

Bunu Reyting.az-a Ukrayna-Rusiya problemindən danışan politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, demək olar ki, Rusiya bütün qonşu ölkələrə hansısa formada təsir göstərir. O, buna misal olaraq MDB ölkələrini göstərir: “Diqqət etdikdə görürük ki, Abxaziya, Osetiya, Donbas, Krım, Dnestryani kimi problemlər mövcuddur və bunların hər birində Rusiyanın təsiri var. Əlbəttə, Azərbaycanın Qarabağ məsələsi bir qədər fərqlidir. Moskva çalışır ki, təsirini gücləndirsin, ən azından bu ölkələrdə NATO mövcud olmasın. Amma bu istəkdir, istəklə yanaşı reallıqlar da var”.

C. Nuriyev qeyd edib ki, Rusiyanın Ukrayna məsələsində dirənişi başadüşüləndir. Onun fikrincə, Ukrayna məsələsi Rusiya üçün təhlükəsizlik təhdidir: “Nəzərə almaq lazımdır ki, Kiyevlə Moskva arasında məsafə yaxındır. Xarkov Rusiya sərhədinin bir addımlığındadır. Üstəlik, bu iki ölkənin böyük sərhədləri var. Eyni zamanda Ukraynanın Donbas və Krım kimi problemləri də mövcuddur. Bu mənada Ukraynada, Gürcüstanda, Moldovada nəsə etməyə çalışır”.

Politoloq NATO-nun Rusiya tərəfindən irəli sürülən şərtləri qəbul edəcəyinə inanmır: “Bu, NATO-nun sonu olardı. Hesab edirəm ki, vəziyyət bir qədər də gərginləşəcək. Hər halda Rusiyanın özünün də durumu yaxşı deyil. Mümkündür ki, Ukrayna məsələsi Rusiyanı ya itirsin, ya da bitirsin. Bu elə məsələdir ki, onun uğrunda müharibə aparmaq da böyük faciələrə səbəb olardı. Bu mənada təhlükənin böyüklüyünü hər kəs anlayır”.




Bölməyə aid digər xəbərlər