13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
NATO-nun hərbi gəmisi Odessa limanına daxil olub
Tarix: 24-12-2021 17:48 | Bölmə: Slayd
NATO-nun hərbi gəmisi Odessa limanına daxil olub

Bu gün Şimali Atlantika Alyansının arsenalındakı çoxməqsədli hərbi freqat “Auvergne D654” Odessa limanına yan alıb. Reyting.az xəbər verir ki, bu barədə Ukraynanın “Dumskaya” nəşri məlumat yayıb.

Qeyd edilir ki, Odessanın dəniz vağzalında lövbər salan NATO-nun hərbi gəmisinin göyərtəsinə ilk qalxan Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Aleksey Neijpapa olub.

Yerli KİV-lərin yaydığı xəbərlərə görə “Auvergne” bu il Odessanı ziyarət edən NATO-nun onuncu gəmisidir. Dekabrın 14-də Qara dənizin sularına daxil olan freqatın ayın 28-dək burada qalacağı bildirilir.

Reyting.az oxucuların nəzərinə çatdırır ki, “Auvergne D654” Fransa hərbi donanmasının ən müasir gəmilərindən sayılır. Freqat 2018-ci ildə donanmanın tərkibinə daxil edilib. Ən son radioelektron avadanlığa təchiz olunmuş bu hərbi gəminin uzunluğu 142, eni 20 metr, çökmə dərinliyi isə beş metrdir.




Bölməyə aid digər xəbərlər