13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
NATO-Rusiya münaqişəsi Avropa üçün fəlakətə çevrilə bilər
Tarix: 25-12-2021 10:48 | Bölmə: Slayd
NATO-Rusiya münaqişəsi Avropa üçün fəlakətə çevrilə bilər

NATO və Rusiya arasında birbaşa hərbi münaqişə bütün Avropa üçün fəlakətlə nəticələnə bilər.

Reyting.az
xəbər verir ki, belə bir bədbin proqnozu italiyalı tanınmış politoloq, “Vision & Global Trends” analitik mərkəzinin sədri Tiberio Qrasiani verib.

Lenta.ru saytının suallarını cavablandıran cənab Qrasianinin sözlərinə görə, geniş miqyaslı hərbi qarşıdurmanın əks-sədasını bütün Yer kürəsi hiss edəcək.

Politoloq əlavə edib ki, SSRİ dağılandan sonra NATO-nun Avropa qitəsinin Şərq cinahına doğru genişlənməsinin Rusiya üçün obyektiv təhlükə daşıdığı ilə bağlı Moskvanın qənaəti ilə razılaşır. “Avropanın hərbi əməliyyatlar meydanına çevrilməsi təhlükəsi yaranıb və bu, bütün dünya üçün ağlasığmaz nəticələrə aparıb çıxara bilər”, -deyən politoloq bu təhlükənin real olduğuna diqqəti çəkib.

Reyting.az oxucularına xatırladır ki, iki gün əvvəl RF prezidenti Vladimir Putin özünün növbəti illik mətbuat konfransında bəyan edib ki, Almaniyanın birləşməsindən sonra Qərb Şimali Atlantika Alyansının Şərqə doğru genişlənməyəcəyi ilə bağlı vəd versə də, Avropa Rusiyanı aldadıb.




Bölməyə aid digər xəbərlər