13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
ABŞ və Rusiya dialoqa hazırlaşır
Tarix: 28-12-2021 09:31 | Bölmə: Slayd
ABŞ və Rusiya dialoqa hazırlaşır

Dünyanın iki supergücü - ABŞ və Rusiya arasında növbəti danışıqlara hazırlıq başlayıb. Əsas mövzu Ukrayna ətrafında yaranmış vəziyyət, Avropada təhlükəsizlik, eləcə də kütləvi qırğın silahları üzərində nəzarət məsələləri olacaq.

Reyting.az
-ın news.ru-ya istinadla verdiyi xəbərə görə, ABŞ Prezident Administrasiyasının əməkdaşı deyib ki, tərəflər arasında dialoq yanvarın 10-da keçiriləcək. Məlumatda bunun ardınca daha iki danışığın planlaşdırıldığı da yer alır. Yəni, yanvarın 12-də Rusiya-NATO Şurasının toplantısı, 13-də isə Kreml rəsmiləri ilə ATƏT səlahiyyətliləri arasında görüş planlaşdırılır.

Xatırladaq ki, Rusiya-NATO Şurasını çağırmaq ideyasını hərbi alyansın baş katibi Yens Stoltenberq irəli sürüb.

Bu arada İsveçrənin xarici məsələlər üzrə Federal Departamentinin nümayəndəsi Valentin Klivaz bəyan edib ki, onun ölkəsi Rusiya-NATO sammitinin keçirilməsi üçün öz xidmətlərini göstərməyə hazırdır.




Bölməyə aid digər xəbərlər