13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Moldova Rumıniya ilə birləşə bilər
Tarix: 28-12-2021 10:30 | Bölmə: Slayd
Moldova Rumıniya ilə birləşə bilər

“Moldova və Rumıniyanın birləşməsi vətəndaşlarımızın böyük əksəriyyəti bu ideyanı dəstəkləyəcəyi təqdirdə mümkündür”.

Reyting.az
“Pro TV”-yə istinadla xəbər verir ki, bunu Moldova prezidenti Mayya Sandu bəyan edib.

Xanım prezidentin sözlərinə görə, “insanlarımızın bir qismi bu birləşmə ideyasına tərəfdardır, amma cəmiyyətin digər hissəsi bundan bir qədər çəkinir”. Onun fikrincə, belə bir böyük layihəni həyata keçirməkdən ötrü cəmiyyətin çoxluğunun dəstəyi tələb olunur.


M. Sandu

“Baxaq görək, hadisələr hansı məcrada inkişaf edəcək”,- deyən prezident Sandu əlavə edib ki, hazırda Moldova və Rumıniya hakimiyyəti iki ölkənin humanitar, enerji və digər sahələrdə daha da yaxınlaşması siyasətini reallaşdırır.

Xəbərə əlavə kimi onu da qeyd edək ki, sosioloji sorğuların nəticələrinə görə, moldovanların 30-40 faizi ölkələrinin Rumıniya ilə birləşməsinə tərəfdardır, amma onların bir çoxu Kişinyovun siyasi elitasından narazıdır.




Bölməyə aid digər xəbərlər