13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
1990-cı ilin 17 may tarixi: Putin Qərbdən nəyi tələb edir?
Tarix: 28-12-2021 15:21 | Bölmə: Slayd
1990-cı ilin 17 may tarixi: Putin Qərbdən nəyi tələb edir?

NATO və Rusiya qarşıdurması davam edərkən diqqət bu iki gücün nəyi bölə bilmədiyinə yönəlir. Rusiya lideri Vladimir Putin isə dönə-dönə deyir ki, Qərb NATO-nun genişlənməyəcəyinə dair zamanında SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçova vəd verib.

Reyting.az
xatırladır ki, məhz bu kontekstdə Rusiya Ukrayna sərhədlərinə ordu toplayır, Gürcüstanın hərbi alyansa üzv olmasına qarşı çıxır, habelə Qara dənizdə və Avropa sərhədləri istiqamətində hərbi təlimlərini artırır. Rusiya rəhbəri bununla həm zamanında Qorbaçova verilən vədi xatırladır, həm daha geri çəkilməyəcəyinə işarə edir, həm də dolaysı ilə göstərir ki, lazım gələrsə, Ukraynanı işğal edəcəklər.

Hələlik Qərbdə bir çox siyasətçilər Rusiyanın sadəcə blef etdiyini, Ukraynanın işğalı ilə daha ağır vəziyyətə düşə biləcəyini ehtimal edirlər.

Buna qarşı NATO-nun da mövqeyi birmənalıdır. NATO bəyan edir ki, onun sərhədlərini Rusiya və ya başqa ölkə müəyyən edə bilməz. Üstəlik, Brüssel bildirir ki, hansısa ölkə NATO-ya üzvü olmaq istəsə, bu, öz seçimidir və rəsmi Moskvanın bunu dayandırmaq səlahiyyəti yoxdur.

Araşdırmaçıların ortaya çıxardığı odur ki, Putin NATO-nun Şərqə doğru genişlənməyəcəyinə dair vədi 1990-cı ilin 17 mayında Qorbaçova verildiyini bildirir.



Qeyd edək ki, 1990-cı ilin 17 mayında Brüsseldə məşhur görüş olub. Görüşdə ABŞ prezidenti Buş, İngiltərənin baş naziri Tetçer, Almaniya kansleri Kol, NATO-nun baş katibi Voerner və SSRİ-nin sonuncu rəhbəri Qorbaçov iştirak edib.

Həmin görüşdə Qərb liderləri Qorbaçova bir sıra vədlər veriblər. Həmin gün Qorbaçova üç maddəlik bir anlaşma təqdim edilib:

- Sovet əsgərləri Şərqi Almaniyadan çəkilənə qədər NATO çərçivəsindən kənar alman əsgərləri bu bölgədə xidmət edəcək, yəni Şərqi Almaniya ərazisində sovet əsgərləri ilə NATO əsgərləri üz-üzə gəlməyəcək.

Sovet qoşunlarının çıxarılması başa çatdıqdan sonra NATO çərçivəsində alman əsgərləri Şərqi Almaniyada xidmət edə biləcək, lakin nüvə silah sistemləri Almaniyadan başqa NATO ölkələrinin əsgərləri ilə birlikdə yerləşdirilməyəcək.

- Qərbi Almaniyada NATO qüvvələri var, onların sayında və texnikasında (Amerika, Britaniya və Fransa əsgərləri) artım olmayacaq.

Həmin görüşə görə, NATO-nun öhdəlikləri Şərqi Almaniyada NATO qoşunlarının yerləşdirilməməsi ilə məhdudlaşır və sovet lideri Qorbaçov bunu təsdiqləyir.

Müsahibəsində Qorbaçov deyib ki, “NATO-nun genişlənməsi məsələsi heç vaxt müzakirə olunmayıb, Almaniya birləşdikdən sonra Şərqi Almaniya tərəfindəki bölgələrdə NATO qoşunları ilə bağlı təminatlar, Almaniyanın şərqində yeni hərbi strukturların yaradılmaması müzakirə edilib”.

NATO sübut kimi 1990-cı il mayın 17-də həmin görüşün qeydlərini, müqavilənin maddələrini və Qorbaçovun söylədiklərini fakt kimi ortaya qoyur, amma Putin bunu qəbul etmir, NATO-nun yalanı sayır.

Beləcə, ortaya çıxır ki, həmin toplantıda Qərb ölkələri Qorbaçova müəyyən vədlər veriblər, amma onların arasında NATO-nun genişlənməsi vədi və təminatı yoxdur.




Bölməyə aid digər xəbərlər