13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Paşinyan sülh müqaviləsi imzaladıqdan sonra… - Politoloqun şərhi
Tarix: 28-12-2021 15:58 | Bölmə: Slayd
Paşinyan sülh müqaviləsi imzaladıqdan sonra… - Politoloqun şərhi

“Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlaması göstərdi ki, onun dedikləri həm realdır, həm də etibarlı informasiyadır. Artıq Paşinyan gözəl başa düşür ki, Qarabağdan xilas olmaq üçün yalnız bu yolu seçmək lazımdır”.

Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev Ermənistan baş naziri Nikol Paşinyanın “Facebook” üzərindən keçirdiyi mətbuat konfransı şərh edərkən deyib.

C. Nuriyev iddia edir ki, Ermənistan bir dövlət kimi çökmək üzrədir: “Paşinyan ya Ermənistanı bu bəladan xilas etməlidir, ya da Ermənistan bir dövlət kimi məhv olmalıdır. Bu səbəbdən də məcburdur ki, belə addımlar atsın. Həm də belə addımlar atmasını Qərb istəyir. Səbəbi də çox sadədir. Çünki Paşinyan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra faktiki olaraq üçtərəfli bəyanat Ermənistan üçün hüquqi qüvvəsini müəyyən qədər itirəcək. Atəşkəsin əldə edilməsi və digər məsələlərə ehtiyac olmayacaq. Orada yalnız Zəngəzur dəhlizi məsələsi qalacaq”.

C. Nuriyevin fikrincə, indi Qərbin əsas məqsədi rus sülhməramlı qüvvələrinin regiondan çıxması və Ermənistanı siyasi nəzarətə almaqdır: “Ona görə də, Paşinyanın fikirləri real olmaqla yanaşı gələcəyə hesablanan strategiyanın bir hissəsidir”.

Politoloqun sözlərinə görə, N. Paşinyan açıq deyir ki, Qarbağ Azərbaycan ərazisidir və bunu BMT də tanıyıb: “Yəni mesaj verir ki, ciddi dirənməyin mənası yoxdur. Mən hesab edirəm ki, Paşinyan öz xalqını “Qarabağ xəstəliyindən” xilas edərsə, bu, çox böyük hadisə olacaq. Hər halda o, buna cəhd edəcək. Əlbəttə, ona qarşı müxalifət də olacaq. Amma inanmıram ki, onlar Paşinyanı üstələsin”.




Bölməyə aid digər xəbərlər