13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Şahmar Mövsümov: "COVID-19 pasportunun vaxtı bitənlər qapalı məkanlara buraxılmayacaq"
Tarix: 28-12-2021 17:35 | Bölmə: Slayd
Şahmar Mövsümov: "COVID-19 pasportunun vaxtı bitənlər qapalı məkanlara buraxılmayacaq"

Azərbaycanda COVID-19 pasportunun və immunitet sertifikatının müddətinə məhdudiyyət qoyulur.

Reyting.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn il fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən ediləcək: "İkinci dozadan 6 ay sonra COVID-19 pasportu öz qüvvəsini itirmiş olacaq".

PA rəsmisi deyib ki, gələn il fevralın 15-dən sonra vaxtı keçmiş COVID-19 pasportu ilə qapalı məkanlara giriş qadağan ediləcək.

Onun sözlərinə görə, hazırda müəyyən yerlərə yalnız COVID-19 pasportu ilə daxil olmaq mümkündür: “Ancaq vaxtı keçmiş COVID-19 pasportu ilə həmin məkanlara daxil olmaq mümkün olmayacaq. Bu məhdudiyyətlər fevralın 15-dən tətbiq olunacaq”.




Bölməyə aid digər xəbərlər