13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Paşinyan Azərbaycanla sülh istiqamətində cəsarətli addımlar atacaq
Tarix: 29-12-2021 10:47 | Bölmə: Slayd
Paşinyan Azərbaycanla sülh istiqamətində cəsarətli addımlar atacaq

“Nikol Paşinyan görür ki, dünya Azərbaycanın qələbəsini tanıyır, qəbul edir, hətta yeri gələndə təbrik də ünvanlayır. Bu səbəbdən də reallığı anlayır və normal açıqlamalar verir”.

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamalarını şəh edərkən deyib.

A. Əlizadənin sözlərinə görə, Azərbaycan əvvəl deyəndə ki, Ermənistan təcavüzkardır, Qarabağı işğal edib, Qərbin cavabı “Siz müharibə etdiniz, biz qoymadıq?”, - olurdu: “Yəni dolaysı ilə deyirdilər ki, müharibə edib, torpaqlarınızı alın. Biz də müharibə etdik, torpaqlarımızı aldıq, üstəlik, Azərbaycan prezidenti güclü xarici diplomatiya həyata keçirdi. Nəticədə onlar bir-iki bəyanat verdi, daha sonra müharibənin nəticəsi ilə barışmalı oldular. Dünyanın hər yerində belədir. Yəni kim güclüdür, o da haqlıdır. İndi Azərbaycan haqlıdır”.

ASDP sədri əlavə edib ki, Paşinyan reallığı qəbul etməyə məcburdur.

A. Əlizadənin fikrincə, N. Paşinyan Azərbaycanla sülh əldə etmək üçün cəsarətli addımlar atacaq: “Əvvəla, regionda reallıq var. Üstəlik, həm Rusiya, həm də dünya tələb edir ki, liberal addımlar at. Yəni bu, həm də dünyanın haqlı tələbidir. Məsələ ondadır ki, erməni müxalifəti Paşinyana imkan verəcəkmi?

Paşinyan müharibədən sonra seçkilərə gedib və qalib gəlib. Üstəlik, seçkidə saxtakarlıq olmadı, müxalifət seçkinin nəticəsini tanıdı. İndi müxalifətin elə gücü yoxdur ki, küçələrə adam çıxarsın”.

Partiya sədri diqqətə çatdırıb ki, Paşinyan bir halda devrilə bilər: “Əgər ordu müxalifətin tərəfinə keçsə və bunu açıq şəkildə etsə, ölkədə vəziyyət gərginləşər. Amma erməni əhalisi görüb ki, Paşinyan “Qarabağ klanı”ndan tam fərqli adamdır”.




Bölməyə aid digər xəbərlər