13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya daha təhlükəli planı işə salır
Tarix: 29-12-2021 12:27 | Bölmə: Slayd
Rusiya daha təhlükəli planı işə salır

2021-ci ildə iki dəfə nüvə başlıqlı raketləri daşıyan uzaqmənzilli təyyarələri Suriyaya endirən Rusiya bütün şərtləri alt-üst edəcək daha bir addım atmağa başlayıb.

Reyting.az
xəbər verir ki, Rusiya saatda 10 min kilometr sürətlə hədəfə doğru gedən “Zirkon” hipersəsli raketlərlə təchiz edilən hərbi gəmiləri Tartus limanında yerləşdirilə bilər.

Dəfələrlə hipersəs raketlərini dünyaya təqdim edən və yeni ilin ilk günlərində Ukraynanı işğal edəcəyi ehtimal olunan Rusiya 2021-ci il sona çatdıqca Aralıq dənizində təhlükəli hərbi gedişlər etməyə başlayır. 2015-ci ilin sentyabrında Suriyadakı vətəndaş müharibəsində mövqeyini dəyişən Rusiya ordusu bu ilin may ayında nüvə raketləri daşıya bilən uzaqmənzilli “Tu-22M3” bombardmançı təyyarələrini Suriyaya endirib. Aralıq dənizi sahilindəki Hmeymim və Tartus bazalarında məskunlaşdıqdan sonra, bu il Yaxın Şərq üçün ən kritik addımı atan Rusiya lideri Vladimir Putin bütün Aralıq dənizini bağlamağı düşünür.



Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bəyan edib ki, “Zirkon” hipersəsli raketləri ilə təchiz edilmiş Rusiya gəmiləri Suriyanın Tartus limanında yerləşdirilə bilər.

Kartapolov deyib: “Bizim hələ də Aralıq dənizində bazamız var, Hmeymim oradadır. Tartus limanında sahil raket sistemləri, həmçinin “Zirkon” hipersəsli raketləri ilə təchiz edilmiş gəmilər var ki, onlar bütün gəmiləri blok edə, üstəlik, Aralıq dənizinə yerləşdirilə bilər”.

Düşmənin qarşısını almaq üçün hərbi əməliyyatların aparılmasına aydınlıq gətirən komitə rəhbəri deyib: “Onlar Şərqi Avropada yerləşən idarəetmə sistemlərinin, daşıyıcı qrupların və digər hədəflərin məhvinə birbaşa təhlükə olduğunu anlayanda, düşmən sonrakı tədbirlərindən vaz keçəcək”.

Son illər hipersəsli raketlərini gündəmə gətirməyən Rusiya mediası 2016-cı ildə “Zirkon” raketindən danışmağa başlayıb. Bir il sonra “Zirkon”un səs sürətindən 8 qat daha sürətli olduğu açıqlanıb. 2019-cu ilin fevral ayında kameralar qarşısına çıxan Rusiya lideri Putin yeni silahlarını dünyaya təqdim edərkən, “Zirkon”un saatda 10 min kilometr sürətlə 1000 kilometr uzaqdakı hədəfləri vura biləcəyini deyib.

Rusiya mediası günlərdir ki, “Zirkon”un heç bir hava hücumundan müdafiə sistemi ilə dayandırıla bilməyəcəyini yazır.

2020-ci ilin noyabrına qədər Rusiya Müdafiə Nazirliyi sınaqları hələ də davam edən “Zirkon”un 450 kilometr uzaqlıqdakı dəniz hədəfini vurduğunu qeyd edib. Oktyabr ayında “Zirkon” sualtı qayıqdan ilk dəfə havaya buraxılıb.

Qeyd edək ki, Putinin son sınağını bir neçə gün əvvəl elan etdiyi “Zirkon” raketinin uçuş məsafəsi 1000 kilometrə çatır. 30-40 kilometr hündürlükdən uçan raket eyni vaxtda saatda 10 min kilometr sürətlə manevr edə bilir.




Bölməyə aid digər xəbərlər