13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Bankın səhvi: müştərilərin hesabına 175 milyon dollar ödənib
Tarix: 01-01-2022 10:30 | Bölmə: Slayd
Bankın səhvi: müştərilərin hesabına 175 milyon dollar ödənib

ABŞ-ın “Santander” Bankı Böyük Britaniyadakı müştərilərinin hesablarına səhvən 130 milyon funt-sretlinq (175 milyon dollar) ödəyib.

Reyting.az
“CNN” telakanalına istinadla xəbər verir ki, 75 minə yaxın yanlış tranzaksiya 2 min fiziki və hüquqi şəxsi əhatə edib. Müştərilər bu gözlənilməz sürprizlə Milad bayramı ərəfəsində, dekabrın 25-də qarşılaşıblar.

Bankdan telekanala verilən məlumata görə, bu məbləği geri qaytarmaq lazım gələcək:

“Təəssüf edirik ki, sistemdə yaranmış texniki problem ucbatından bizim korporativ müştərilərimizin bəzi ödənişləri yanlış olaraq əmanətçilərin hesablarına yönəldilib”, - “Santander” Bankın açıqlamasında deyilir. Yaxın günlərdə bank bütün səhv tranzaksiyaları ləğv etməyi planlaşdırır.




Bölməyə aid digər xəbərlər