13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dünyanın dörd nöqtəsində müharibə başlaya bilər
Tarix: 01-01-2022 13:47 | Bölmə: Slayd
Dünyanın dörd nöqtəsində müharibə başlaya bilər

Dünya 2022-ci ilə gərginlik və müharibə riskləri ilə birlikdə keçdi. Hazırda dünyanın bir sıra nöqtələrində müharibə təhlükəsi və gərginliklər artan xətt üzrə inkişaf edir. Amerikanın “Foreign Policy” jurnalı 2022-ci ildə silahlı münaqişənin başlaya biləcəyi “barıt çəlləkləri”nin siyahısını hazırlayıb.

Reyting.az
2022-ci ildə müharibə riski olan regionların siyahısını təqdim edir:

Efiopiya siyahıya federal hökumətlə Tiqrayın Azadlığı Uğrunda Xalq Cəbhəsi qüvvələri arasında baş verən toqquşmalara görə daxil edilib. Ötən ay burada qanlı toqquşmalar olub və hökumət iki şəhəri üsyançılardan azad edə bilib. Müharibə əməliyyatlarına baş nazir şəxsən rəhbərlik edib və hərbi paltarda cəbhə bölgəsində görüntülənib. Analitiklər hesab edirlər ki, Afrikadakı potensial müharibələr qitədəki müxtəlif radikal islamçı hərəkatlar tərəfindən də başladıla bilər.

Analitiklər qeyd edirlər ki, Tayvan bölgəsində və ya Cənubi Çin dənizində ABŞ və Çin döyüş təyyarələri ilə təsadüfi insident də bu böyük dövlətlər arasında gərginliyi artıra və böyük müharibənin başlanğıcı ola bilər. 2001-ci ildə iki ölkənin təyyarələri toqquşanda vəziyyəti nizamlamaq üçün aylarla intensiv diplomatik təmas lazım olsa da, hazırkı şəraitdə bu, daha çətindir.

Analitiklərin hesab edirlər ki, Vaşinqton və Tehran arasında nüvə danışıqlarının uğursuzluğu ABŞ üçün acı dərman sayılmalıdır. Proqnoza görə, İran uranı zənginləşdirməyə davam edəcək və güclü kütləvi qırğın silahları yaratmaq imkanı əldə edəcək, bundan sonra isə Amerika və İsrail Tehranın nüvə potensialını zəiflətmək üçün ölkə ərazisinə hava zərbələri endirməli olacaqlar.

Analitiklər həm də Şərqi Avropada gərginliyə diqqət çəkirlər. NATO-nun Şərqi Avropaya doğru genişlənməsi və Şimali Atlantika Alyansı tərəfindən hərbi inkişafla əlaqədar Ukrayna da siyahıya əlavə edilir. Son zamanlar Qərb mətbuatı Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşması barədə mütəmadi olaraq xəbərlər dərc edir. Moskva isə Kiyevə qarşı təcavüzə hazırlaşmaq ittihamlarını dəfələrlə rədd edib. Kremlin iddiasına görə, bu, Rusiya sərhədləri yaxınlığında NATO qüvvələrinin qurulması üçün bəhanədir.

Maraqlıdır ki, analitiklər hansısa səbəbdən Şimali Koreya və rəsmi Pxenyanın ballistik raketləri sınaqdan keçirməsi və nüvə texnologiyasını inkişaf etdirmələrinə diqqət yetirməyiblər.




Bölməyə aid digər xəbərlər