13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İranla müharibə hazırlıqlarının növbəti mərhələsi başlayıb
Tarix: 01-01-2022 15:15 | Bölmə: Slayd
İranla müharibə hazırlıqlarının növbəti mərhələsi başlayıb

İsrail ABŞ-dan 12 ədəd “CH-53” helikopteri və 2 ədəd “Boeing KC-46” yanacaqdoldurma təyyarəsi almaq üçün müqavilə imzalayıb.

Reyting.az
xəbər verir ki, İsrail Müdafiə Nazirliyi sövdələşmənin təxminən 3,1 milyard dollara başa gəldiyini açıqlayıb.

İsrail Müdafiə Nazirliyinin bəyanatına görə, razılaşma İsrailin hava hücumundan müdafiə qabiliyyətini yeniləmək istəyinin bir hissəsidir. Razılaşmaya əsasən, istəyəcəyi təqdirdə İsrail daha 6 helikopter ala bilər.

Müqaviləyə əsasən, ilk helikopterlər 2026-cı ildə İsrailə təhvil veriləcək. Yanacaq dolduran təyyarənin təhvil verilməsi də 2025-ci ildən əvvəl gözlənilmir.

İsrail Hərbi Hava Qüvvələri daha 4 yanacaqdoldurma təyyarəsinin çatdırılmasını ən qısa zamanda istəyir. İsrail mediası bildirir ki, təyyarələrin yanacaq doldurması xüsusilə İrana qarşı mümkün hava əməliyyatında son dərəcə mühüm rol oynayacaq.

Qeyd edək ki, bu hərbi sövdələşmənin Vyanada İranla aparılan nüvə danışıqları ərəfəsində baş verməsi xüsusi diqqət çəkir. Ekspertlər qeyd edirlər ki, Vyana danışıqları nəticəli alınmayıb, hətta Tehran danışıqları dayandırıb. O da aydındır ki, İsrail və İran arasında olan hava məsafəsi İsrail qırıcılarına İranın hava məkanına yaxınlaşmaq və geri qayıtmaq imkanı vermir. Deməli, İsrail qırıcıları istənilən halda əgər İrana qarşı havaya qaldırılsa, onlar havada yanacaqla təmin edilməlidir. Əks təqdirdə qırıcılar kamikadze kimi İrana hava zərbələri endirməli və özləri də məhv olmalıdır. Bu mənada ABŞ və İsrail arasındakı bu sövdələşmə diqqətlə izlənilməlidir.





Bölməyə aid digər xəbərlər