13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
2021-ci ilin ən zəngin şəxsləri... - Siyahı
Tarix: 02-01-2022 13:00 | Bölmə: Slayd
2021-ci ilin ən zəngin şəxsləri...

Pandemiyanın hökm sürdüyü 2021-ci ildə kasıblar daha kasıblaşsa da, düyadakı zənginlərin bir çoxu böyük sərvət toplayıb, pul və daşınmaz əmlaklarını artırıblar. Reyting.az xəbər verir ki, bunu dünyanın ən zəngin insanlarının 2021-ci ildə qazandığı milyardlar da təsdiqləyir.

Dünyanın ən zəngin 10 şəxsi 2021-ci ildə sərvətlərini ümumilikdə 402 milyard dollar artıra biliblər. Beləcə, yola saldığımız il ultura zənginlər üçün uğurlu olub.

“Tesla” və “SpaceX”-in sahibi, amerikalı milyarder Elton Musj dünyanın ən zəngin insanı olduqdan sonra 277 milyard dollarlıq sərvətini daha 121 milyard dollar artıraraq 2021-ci ildə ən çox qazanan şəxsə çevrilib.

İkinci sırada yer alan “Amazon”un qurucusu Jeff Bezos 2021-ci ilə dünyanın ən zəngin insanı kimi başlasa da, sonradan yerini Elton Muska verib. O, bu il sərvətini 4 milyard dollar artırıb.

“Bloomberq Milyarderlər İndeksi”nin araşdırmasına görə, dünyanın ən zəngin üçüncü şəxsi LVMH-ın qurucusu fransız milyarder Bernard Arnaultdur. Bu şəxs 61,3 milyard dollarla Elton Muskdan sonra (2021-ci ildə) ən çox qazanan şəxsdir.

Sərvətini daha çox artıran dünyanın ən zəngin şəxslərinin həyatları 2021-ci ildə enişli-yoxuşlu olub. Belə şəxslərdən biri də Elton Muskun kanadalı müğənni sevgilisi Grimesdən ayrılması və özünə “Texno Kral” adı verməsidir. Musk eyni zamanda, dəyəri milyardlarla dollar olan “Tesla”nın hissələrini satıb. Amma sonradan məlum olub ki, Musk hissə satışını biznes maraqları səbəbindən deyil, vergi çətinliyinə görə edib.

Onu da qeyd edək ki, ən zəngin insanların daha çox pul qazanmasına paralel olaraq aztəminatlı insanların qazancı daha da azalıb.




Bölməyə aid digər xəbərlər