13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Azərbaycan hərbçisi minaya düşüb
Tarix: 02-01-2022 23:28 | Bölmə: Slayd
Azərbaycan hərbçisi minaya düşüb

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Y. Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.

***

Baş Prokurorluğun Mətbuat xidməti hərbi qulluqçunun minaya düşməsi ilə bağlı məlumat yayıb.


Prokurorluq bildirir ki, yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər