13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ağ Ev Rusiyaya görə üç ölkəni NATO-dan qova bilər
Tarix: 03-01-2022 10:36 | Bölmə: Slayd
Ağ Ev Rusiyaya görə üç ölkəni NATO-dan qova bilər

Təhlükəsizliyə təminat məsələsində Vaşinqton Moskvaya qeyri-adi ssenari üzrə güzəştə gedə bilər. Reyting.az xəbər verir ki, bunu amerikalı tanınmış siyasi şərhçi ehtimal edir.

“The National Interest” nəşrinin siyasi şərhçisi Devid Payn hesab edir ki, yanvarın 10 və 12-nə planlaşdırılan Rusiya-ABŞ və Rusiya-NATO danışıqları zamanı təhlükəsizliyə təminat və alyansın Şərqə doğru irəliləməməsi ilə bağlı maraqlı addımlar atılacaq.

Siyasi icmalçının fikrincə, Ağ Ev Rusiya ilə strateji razılaşma naminə Baltikyanı ölkələri qurban verə bilər. Əslində bu, Moskvanın NATO qüvvələrinin Avropanın şərqindən çıxarma və bunu sözdə deyil, rəsmi sənədlə təsdiqləmək tələbinə Vaşinqtonun mümkün cavabı sayılmalıdır. Şərhçi Devid Payna görə, belə bir ssenarinin yekununda Estoniya, Litva və Latviya Şimali Atlantika Alyansından çıxarılacaq.

Cənab Payn daha sonra yazır ki, düzdür, ABŞ Rusiyanın tələbini qeyri-məqbul və yerinə yetirilməsi mümkünsüz saysa da, Vaşinqton razılaşmadan uduş qazanmaq, yəni, Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün belə bir addımın atılmasını məqbul saya bilər: “Əks təqdirdə bizim ölkəmiz savaş meydanında Moskva və Pekinlə üz-üzə gəlməli olacaq”.




Bölməyə aid digər xəbərlər