13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qazaxıstandakı proseslər xarici amillə, xüsusən Rusiya ilə əlaqələndirilir - Professor
Tarix: 06-01-2022 13:36 | Bölmə: Slayd
Qazaxıstandakı proseslər xarici amillə, xüsusən Rusiya ilə əlaqələndirilir

“Qazaxıstanda vəziyyət gərgindir. Məsələ təkcə qazın qiymətinin artması ilə bağlı deyil, bu ölkədə həllini gözləyən çoxsaylı problemlər var. Orada baş verənlər digər ölkələrə də düşünməyə əsas verməlidir”.

Bunu Reyting.az-a AMEA-nın əməkdaşı, professor Əli Abbasov deyib.

Ə. Abbasov diqqətə çatdırıb ki, Qazaxıstan hökuməti istefaya göndərilsə də, insanlar tələblərini davam etdirirlər. Hakimiyyət də hiss edir ki, bu formada davam etmək mümkün deyil.

Professor qeyd edib ki, Qazaxıstan prezidenti Qasım Comərd Tokayev alovu söndürə bilməyib: “Deməli, gözləmək lazımdır. Maraqlıdır ki, aksiya sosial tələblə başlayıb, amma sonradan Nazarbayev məsələsi hallandırılıb. Bu səbəbdən də bəzi ekspertlər bunu xarici amillə, Rusiya ilə əlaqələndirirlər. Amma heç nə olmasaydı, bunu qaldıra bilməzdilər. Deməli, əsas olub. Yenə deyirəm ki, rusların adını hallandırırlar. Amma ortaya çıxan reallıq budur ki, artıq bu formada idarəçilik yerimir. Başda Rusiya olmaqla. Dövlət nəsə etməlidir ki, vəziyyət sabitləşsin, gələcəkdə belə problemlər ortaya çıxmasın”.

Ə. Abbasov əlavə edib ki, hökumətin istefaya getməsi, mitinqçilərlə danışıqların aparılması müsbət hadisədir: “Amma çətinlik ondadır ki, Qazaxıstanda problem çoxdur və onları həll etmək lazımdır. Bu, bir tərəfdən yaxşıdır ki, hakimiyyət qarşıdurmaya getmədi, digər tərəfdən pisdir ki, yeni tələblər gələcək”.

Professor qeyd edim ki, bir sıra dövlətlər, xüsusilə Rusiya prosesləri diqqətlə izləyir. “Əvvəla, elan olunmasa da Rusiya ilə problem var, digər tərəfdən, Türk Şurası rusları narahat edir. Hər halda problemin həlli, qarşıdurmaların olmaması vacibdir”.




Bölməyə aid digər xəbərlər