Zərdüşt Əlizadə: “ABŞ və Rusiya razılaşmayacaq, amma…”
Tarix: 06-01-2022 13:51 | Bölmə: Slayd
Zərdüşt Əlizadə: “ABŞ və Rusiya razılaşmayacaq, amma…”

“Bu aydan NATO Şurası ilə Rusiya arasında müzakirələr başlayacaq. Gözləntim belədir ki, Rusiyanın irəli sürüyü tələblər qəbul edilməsə də, Moskva NATO və ABŞ-dan eşitmək istədiyi sözləri eşidəcək. Yəni NATO postsovet məkanında olan ölkələri yaxınlarda öz sıralarına qəbul etmək niyyətində deyil. Amma bunu Rusiyaya başqa cür deyəcəklər. ABŞ bildirəcək ki, postsovet məkanında olan ölkələrin NATO-ya qəbul olunmaq hüquqları var, biz də onları qəbul etmək hüququna malikik. Amma biz bu yaxınlarda belə hüquqdan istifadə etmək niyyətində deyilik”.

Bu sözləri Reyting.az-a politoloq Zərdüşt Əlizadə bu ay başlayacaq Rusiya-ABŞ danışıqlarını şərh edərkən bildirib.

Politoloq əlavə edib ki, danışıqlar bu formada başa çatacaq. Onun qənaətincə, nə Gürcüstan, nə Ukrayna, nə də Moldovanın NATO-ya qəbul edilmək şanları real deyil: “Əlbəttə, bu prosesdən daha çox elə həmin ölkələrin özləri ziyan çəkəcək. Bu ölkələr faktiki olaraq iki daşın arasında qalacaq. Amma Qərb tərəfindən də tam atılmayacaqlar”.

Z. Əlizadə qeyd edib ki, bu danışıqlarda Rusiya ilə Qərb arasında hansısa konsensus və ya razılaşma olmayacaq: “Sadəcə ümumi razılaşma olacaq. Tərəflər də elan edəcək ki, ümumi razılaşma əldə edilib. Lakin razılaşmadıqları məqamlar da olacaq. Sadəcə ABŞ və Rusiya bir-birinə eşitmək istədiyi sözləri deyəcəklər. Beləcə, proses davam edəcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}