Professor: “Ermənistan Azərbaycanla problemini həll etməsə, Türkiyə ilə münasibətləri düzəlməyəcək”
Tarix: 06-01-2022 14:21 | Bölmə: Slayd
Professor: “Ermənistan Azərbaycanla problemini həll etməsə, Türkiyə ilə münasibətləri düzəlməyəcək”

“Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınması ilə bağlı hər iki tərəfdə siyasi iradə var. Proses artıq başlayıb. Amma Türkiyə həm də Ermənistan qarşısında müəyyən şərtlər qoyub. Bu şərtlərə Ermənistanın münasibəti müəyyənləşməlidir. Bu şərtlərdən biri Türkiyəyə ərazi iddiasından imtina etməkdir. Zənnimcə, bu məsələdə konsensus əldə oluna bilər”.

Bunu Reyting.az-a politoloq Qabil Hüseynli Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınması üçün başlayan prosesi şərh edərkən deyib.

Professor bildirib ki, saxta erməni soyqırımının dünyada təbliğində Ermənistan dövlətinin fəallığının dayandırılması məsələsi də var: “Məncə, bu istiqamətdə də qarşılıqlı addımlar atıla bilər. Türkiyə bu olayla bağlı arxivlərini açmağa və hətta beynəlxalq tədbirin keçirilməsini təklif edir. Ermənilər soyqırımı iddasından imtina etməzlər, amma onun dünyada təbliği kimi iki ölkə arasında düşməni münasibətlərin əsasını qoyan fəaliyyətini səngidə bilər”.

Q. Hüseynli əlavə edib ki, iki ölkə arasında diplomatik münasibətlərin yaradılması məsələsində İrəvandan daha çox şey asılıdır. Onun sözlərinə görə, Azərbaycanla münasibətləri həll etmədən Türkiyə Ermənistanla münasibətləri həll etməyəcək. “İndi İrəvan-Ankara təyyarə reysi açılır, amma bu o demək deyil ki, hər şey həllini tapdı. Sərhədlər açılmalı, gediş-gəliş imkanı tanınmalı və ən əsası, iki ölkə arasında diplomatik münasibətlər qurulmalıdır. Bu istiqamətdə Ermənistanın görəcəyi işlər çoxdur. Yəni Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayıb, problemləri həll etməyibsə, Türkiyə ilə problemlər də bu şəkildə qalacaq. Düzdür, Türkiyə qarşı tərəfi fəaliyyətə sövq etmək üçün hava əlaqələrinin yaradılmasına razılaşıb. Amma sonrakı addımlar Azərbaycanla olan münasibətlərin necə tənzimlənəcəyindən asılı olacaq”, - Q. Hüseynli əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}