Koronavirusun yeni təhlükələri üzə çıxıb
Tarix: 09-01-2022 11:36 | Bölmə: Slayd
Koronavirusun yeni təhlükələri üzə çıxıb

Alimlərin apardığı tədqiqatlar nəticəsində aydın olub ki, koronavirus infeksiyasını hətta yüngül formada keçirən xəstələrdə sonradan ciddi fəsadların yaranması mümkündür.

Reyting.az
“Medik Forum”un məlumatına istinadla bildirir ki, sahənin mütəxəssisləri COVİD-19 virusuna orta-ağır və yüngül formada yoluxmalar belə uzunmüddətli mənfi nəticələrə gətirib çıxara bilər.

Ekspertlər virusun orqanizmdə sonradan yaratdığı mümkün mənfi effektlərin sırasında ağ ciyərlərin ölçüsünün kiçilməsini, nəfəs yollarında infeksiyaya müqavimətin zəifləməsini, ürək-damar sistemində problemlərin yaranmasını, ayaq damarlarında trombun əmələ gəlməsini, böyrəklərin funksiyasının pisləşməsini, neyrokoqnitiv pozulmaların üzə çıxmasını, habelə başın dərisinin nazikləşməsini xüsusi qeyd edirlər.

Həkimlərin qənaətinə görə, koronavirusun “omikron” ştammı tez və yüksək yoluxmalarla xarakterizə olunur. Onlar pandemiyanın bu mərhələsində insanları daha ehtiyatlı olmağa çağırıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}