13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Polislərin narkotacirlə iş birliyi üzə çıxıb
Tarix: 03-02-2018 14:00 | Bölmə: Slayd
Polislərin narkotacirlə iş birliyi üzə çıxıb

Şirvan şəhərində üç polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Məlumata görə, polis əməkdaşları barəsində Şirvan şəhər sakini, keçmiş məhkum Anar Həsənovun ifadəsi əsasında araşdırma aparılıb. Araşdırma nəticəsində baş leytenant Əvəz İmanov, kapitan Orman İmanov və polis serjantı Rauf Nərimanovun narkoticarətlə məşğul olan Anar Həsənovla iş birliyi üzə çıxıb.

Reyting.az saytı Qafqazinfo-ya istinadla xəbər verir ki, adıçəkilən hüquq-mühafizə xidməti işçiləri həbs olunan zaman A.Həsənova "himayədarlıq” etmədikləri üçün o, "qisas” almaq məqsədi ilə əlindəki sübutları polisə təqdim edib. Təqdim edilən səs yazıları və görüntülər əsasında polisləri istintaqa cəlb ediblər.

Narkotacirlə iş birlikləri sübuta yetirilən polis əməkdaşlarının vəzifələrindən azad olunduqları bildirilir.




Bölməyə aid digər xəbərlər