13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Azərbaycanda dollarlaşma dərəcəsi artır
Tarix: 03-02-2018 15:17 | Bölmə: Slayd
Azərbaycanda dollarlaşma dərəcəsi artır

Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2018-ci il yanvarın 1-nə 66,5 faiz təşkil edib. Dekabrın əvvəlinə bu göstərici 68,99 faiz, ötən il yanvarın 1-nə isə 79,63 faiz olub.

Mərkəzi Bankın (AMB) məlumatına görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi yanvar ayının 1-nə 72,4 faiz olub. Keçən ay bu göstərici 72,08 faiz, 2017-ci il yanvar ayının 1-nə isə 75,29 faiz təşkil edib.

Kreditlərin strukturunda isə dollarlaşma dərəcəsi 2018-ci il yanvarın 1-nə 40,86 faiz təşkil edib. Dekabrın 1-nə dollarlaşma dərəcəsi 40,63 faiz, ötən ilin əvvəlinə isə 47,32 faizə bərabər olub.(Report)




Bölməyə aid digər xəbərlər