16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tokayev Nazarbayevin biznesini nəzarətə götürür
Tarix: 12-01-2022 10:19 | Bölmə: Slayd
Tokayev Nazarbayevin biznesini nəzarətə götürür

Qazaxıstan parlamentində çıxışı zamanı prezident Qasım-Comert Tokayev “Samruk-Kazın” fondunun ünvanına tənqidi ifadələr işlədib və yoxlamadan sonra fondun effektivliyi şübhə doğurursa, bu təşkilatı bağlayacağı ilə hədələyib.

Reyting.az
xəbər verir ki, bu barədə “Moskovskiy komsomoles” qəzetinin bugünki sayında geniş analitik məqalə dərc olunub. Qəzetin yazdığına görə, bu üsulla Qazaxıstan lideri Nazarbayev ailəsinin ölkə daxilində yaranmış böhranda təqsirkar olduğuna işarə vurulur.

Qeyd edək ki, xalq arasında “Samruk-Kazın” fondunu Elbaşı ailəsinin çörək ağacı adlandırırlar. 2017-ci ildən etibarən bütün strateji milli şirkətləri özündə birləşdirən bu fonda sabiq prezident Axmetjan Yesimovun qardaşı oğlu başçılıq edir. Bu təşkilatın fəaliyyətinin şəffaflığı ölkədə çoxlarında suallar doğurur. İlkin planlara əsasən, nəhəng holdinqin gəlirləri ölkə iqtisadiyyatının inkişafına yönəldilməli idi. Çünki fondun aktivləri Qazaxıstanda ÜDM-nin az qala 60 fazini təşkil edir. Koronavirus pandemiyası başlayanda prezident Tokayev “Samruk-Kazın” resurslarından istifadə etmək qərarına gəlir və fonddan gəlirlərini dözlət xəzinəsinə köçürməyi tələb edir. Onda prezidentə “xeyr” cavabını veriblər.

Analitik məqalənin müəllifi qeyd edir ki, fondun rəhbərliyi gəlirlər barədə informasiyanı gizlədir, büdcəyə ümumi məbləğin cəmi iyirmi beş faizini ödəyirmiş. Yerli araşdırmaçı-jurnalistlərin yazdığına görə, ölkənin inkişafı üçün nəzərdə tutulan pullar Nazarbayevin kürəkəninin sahibi olduğu ATF bankı və ofşor qurumların köməyi ilə xaricə çıxarılırmış.

Tokayevin paramentdəki çıxışından: “Bu fond öz öhdəliklərini yerinə yetirirmi, milli sərvətimizi artırırmı? Böyük məbləğdə əmək haqqı alan fondun əməkdaşları nə işlə məşğuldurlar?”.

Qazaxıstan prezidenti xəbərdarlıq edib ki, hələlik fondun daxilində islahat aparmağı planlaşdırır, amma bu alınmasa, onda Elbaşının yaratdığı təşkilat bağlanacaqdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}