Kəşfiyyatın təhlükə xəbərdarlığı yeni gərginliyə səbəb olub
Tarix: 15-01-2022 17:46 | Bölmə: Slayd
Kəşfiyyatın təhlükə xəbərdarlığı yeni gərginliyə səbəb olub

“Rusiya Ukraynanı işğal etmək üçün “saxta bayraq” əməliyyatına hazırlaşır. Rusiya bu əməliyyatla öz qüvvələrinə qarşı təxribat törətmək və işğal üçün bəhanə yaratmağı planlaşdırır”. Reyting.az xəbər verir ki, belə bir iddianı ABŞ tərəfi irəli sürüb. Hətta iddia olunur ki, Rusiya Ukraynada “saxta bayraq” əməliyyatı keçirmək üçün bu ölkənin şərqində təxribatçılar da yerləşdirib.

Ağ Evin mətbuat katibi Cen Psaki çox etibarlı kəşfiyyat mənbələrinə istinadla bildirib ki, rus agentləri şəhər müharibəsi və partlayıcı maddələr üzrə təlimlərə də cəlb olunublar.

ABŞ kəşfiyyatının hesablamalarına görə, Rusiyanın hərbi müdaxiləsi yanvarın ortaları ilə fevralın ortaları arasında başlaya bilər.

Ağ Evin mətbuat katibi Cen Psaki deyib:

“Rusiya hökumətinin diplomatiya sahəsində hədəflərinə çatmaması insan haqlarının geniş şəkildə pozulması və müharibə cinayətlərinə səbəb ola bilər”.

Qeyd edək ki, cümə axşamı prezident Co Baydenin milli təhlükəsizlik müşaviri Cek Sallivan da oxşar bəyanatla çıxış edib. C. Sallivan deyib ki, kəşfiyyat ictimaiyyətimiz Rusiyanın işğal bəhanəsi üçün zəmin hazırladığına dair məlumat alıb.

Adı açıqlanmayan bir ABŞ rəsmisi isə CNN-ə bildirib ki, Rusiyanın oxşar taktikasını 2014-cü ildə Krımda görmüşdük.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}