11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Rusiyanın imperiyanı bərpa etməyə gücü çatmayacaq
Tarix: 17-01-2022 09:12 | Bölmə: Slayd
Rusiyanın imperiyanı bərpa etməyə gücü çatmayacaq

“Rusiyanın imperiyanı dirçəltmək niyyəti var. Burada söhbət SSRİ-dən getmir. Sadəcə, sonuncu imperiyanın adı SSRİ olub. Əsas rus imperiyasıdır”.

Bu fikirləri Reyting.az-a siyasi şərhçi Elçin Şıxlı deyib.

Onun sözlərinə görə, Rusiya ətrafdakı keçmiş SSRİ ölkələrini öz ərazisinə ona görə qatmaq istəyir ki, həmin ölkələrin torpaqları zəngindir, çevik və işlək əhalisi var. Yəni bu ölkələrinə hesabına Rusiya azalmaqda olan əhalisini və ərazisinə nəzarət gücünü artırmaq, əlavə əmək qabiliyyətli əhali cəlb etmək istəyir. Bu baxımdan ruslar imperiya niyyətlərini gerçəkləşdirməkdə maraqlıdırlar.

E. Şıxlı Rusiyanın belə niyyətinin olmasına şübhə etməsə də, düşünür ki, imperiyanı bərpa etməyə gücü və potensialı çatmayacaq: “Ən azı iqtisadi güc baxımından. Çünki Rusiya iqtisadiyyatı köhnə sovet iqtisadiyyatı üzərində qurulub. Ancaq xammal satırlar, heç bir elmi inkişaf, yeni naliyyət yoxdur. Son 30 ildə Rusiya hansı bir texniki və elmi yenilik təqdim edib? Bizim İbrahim Nəbioğlunun sözü olmasın, Rusiya son 30 ildə heç yeni soyuducu da icad etməyib. Bunun əvəzinə “Nüvə silahım var”,- deməklə heç nə həll olunmur. Nüvə silahı əppək deyil ki, onu yeyəsən. Nüvə silahı ilə ancaq dağıtmaq olar, qurmaq mümkünsüzdür”.

E. Şıxlının fikrincə, Rusiya strateqlərinin neoimperiya niyyətləri reallaşmayacaq: “Onlar iqtisadi cəhətdən inkişaf etsə, çiçəklənə bilsə və keçmiş müstəmləkələri üçün cəlbedici olsalar, ən azı müəyyən ittifaqlar, birliklər yaratmaq, get-gəl ola bilər. Amma indi Rusiya keçmiş sovet ölkələrinin heç biri üçün cəlbedici deyil”.

Siyasi şərhçinin ehtimalına görə, gərginlik davam edəcək, çünki Ukrayna məsələsi həll edilməyib: “Qərb indi şəxsən Putinə qarşı sanksiyalar paketi hazırlamaq niyyətindədir. Bu iqtisadi sanksiyalar Rusiya və onun vətəndaşlarına pis təsir edəcək. Demirəm ki, Rusiya dağılacaq, amma güzəranları onsuz da yaxşı deyil, bundan sonra da lap pisləşəcək. Beləcə, gərginlik davam edəcək. Rusiya özünün həyasız iddialarından əl çəkməyincə hər yerdə gərginlik olacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}