Dövlət Baxçalı: “Hədəf türk-islam coğrafiyasıdır”
Tarix: 18-01-2022 13:46 | Bölmə: Slayd
Dövlət Baxçalı: “Hədəf türk-islam coğrafiyasıdır”

“Daxili və xarici dinamikanı doğru analiz etmədən Qazaxıstanın məruz qaldığı təhlükələri anlaya bilmərik. Qazaxıstandan güc blokları arasında ilişib qalmaq istəndi. Tanış qanlı nümunənin sonuncu qurbanı Qazaxıstan oldu. Soyuq müharibə əlamətləri yaşanır. Hədəf türk-islam coğrafiyasıdır”.

Reyting.
az xəbər verir ki, bunu Türkiyə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında deyib.

MHP sədri bildirib ki, Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı qeyri-sabitliyə qarşı məsuliyyətli mövqe nümayiş etdirib. Onun sözlərinə görə, türk dövlətləri arasında hərbi razılaşma olmadığından sabitlik yarana bilməyib: “Bunun türk dövlətləri arasında qurulması lazımdır. Ayrımız, özgəmiz yoxdur, heç kimə də ehtiyacımız yoxdur. Bizim üçün Ankara nədirsə, türk dövlətlərinin paytaxtları da odur. Onların arasında heç bir fərq yoxdur. Sərhədlərimiz, coğrafiyamız, ölkələrimiz fərqli ola bilər, amma mənbəyimiz, millətimiz eynidir”.

Dövlət Bağçalı İraqda türkmənlərin hüquqlarının pozulmasından da danışıb:

“İraq xalqının iradəsi ilə seçilən parlament yanvarın 9-da ilk iclasını keçirib. Ən çox səs toplayan partiyanın siyasi lideri prezident seçilir. İraqın ictimai birliyi parçalanmış və kövrəkdir. 7 türkmən parlamentə deputat kimi daxil olub. Təbii ki, bu rəqəm kafi sayılmayacaq. Türkmənsiz İraq yaralı, natamam, yetimdir. Türkmənlər əsas tərkib elementləri olsalar da, hələ də sosial hüquqlardan məhrumdurlar. Bu ədalətli deyil, bərabərsizliyin kor düyünüdür. Türkmənlər kimliyindən və mədəni xüsusiyyətlərindən tutmuş yaşadıqları coğrafiyaya qədər münaqişə hövzəsinin mərkəzində dayanıblar. İraq coğrafiyasında mübahisəli olaraq təyin olunan bütün torpaqlarda türkmənlər yaşayır. Son yarım əsrdə demoqrafik quruluşu ilə tarixi türkmən şəhərlərində xaincəsinə oyunlar oynanılır. Buna türk düşmənçiliyi deyilir. Hadisəni törədənlər də məlumdur. Niyyət və hədəf sahibləri bunun ən ağır bədəlini ödəməyə məhkumdurlar. Kərkük türkdür, başqa sözə ehtiyac yoxdur. Türkmənlər İraq cəmiyyətinin şərəfli icmalarıdır. İraqda qurulacaq yeni hökumətdə türkmənlərin birdən çox nazirlikdə yer alması tarixi əhəmiyyət kəsb edir. Türk şiə və ya sünni ola bilməz, türk türkdür. Başqa yol yoxdur, ola da bilməz”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}