Etibar Əliyev: “Elm sahəsi Ramiz Mehdiyevin ailə üzvlərinin inhisarına verilib”
Tarix: 18-01-2022 22:37 | Bölmə: Slayd
Etibar Əliyev: “Elm sahəsi Ramiz Mehdiyevin ailə üzvlərinin inhisarına verilib”

"Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib. Məşğul olmadığı bircə sahə var: o da elmdir. İnstitut direktorları ilə icra başçıları kimi davranır”.

Reyting.az
xəbər verir ki, AMEA prezidenti Ramiz Mehdiyevə qarşı belə bir iddia ilə deputat Etibar Əliyev çıxış edib.

E. Əliyev qeyd edib ki, R. Mehdiyev Prezident Administrasiyasında işləyəndə öz adından kitablar yazdırdıb:

"Özünün fəlsəfi bilgiləri çox aşağı səviyyədədir. AMEA-nın fəlsəfə İnstitutunun kiçik elmi işçiləri ilə fəlsəfədən söhbət edə bilməz. İnstitut direktorlarını təhdid edir. Az keçməmiş isə barışır. Məsələ aydındır”.

Deputatın iddiasına görə, R. Mehdiyevin akademik göstəricisində bir nəfər yetirməsi yoxdur.

Etibar Əliyev Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə bağlı maraqlı iddia irəli sürüb:

"Bu gün mənə BDU-dan məlumat verdilər ki, Kamilə Əliyeva bu universitetdə "Psixologiya" üzrə Müdafiə Şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Və bunu şərt kimi qoyur. Dilimizi bilmir axı. Kamilə xanımın dissertasiyasını özünün yazmaması haqqında söhbətlər gəzir. Ramiz Ənvəroviçin 80 yaşlı arvadı Qalina Yuryevna isə "Riyaziyyat" fakültəsində kafedra müdiri, Müdafiə Şurasının sədridir. Universitet rəhbərliyi onun arvadı və qızına kafedra əvəzinə rezidensiya yaradıb. Bir sözlə; elm bunların inhisarına verilib”.

E. Əliyev sonda qeyd edib ki, AMEA-nın Rəyasət Heyətinin üzvləri R. Mehdiyevin idarəetmə qabiliyyətini itirməsinə hələlik dözürlər. “Ancaq ürəyi dolu olan akademiklər də var və artıq pıçıldaşırlar. Elm isə heç zaman pıçıltını sevməyib",- deyə E. Əliyev bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}