16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyə-Ermənistan münasibətlərində barış mərhələsi başlayıb - Professor
Tarix: 19-01-2022 17:07 | Bölmə: Slayd
Türkiyə-Ermənistan münasibətlərində barış mərhələsi başlayıb

“Türkiyə ilə Ermənistan arasında münasibətlər tədricən düzəlir. Hər iki ölkənin xüsusi nümayəndəsi Moskvada bir araya gələrək ilkin müzakirələr aparıblar. Eyni zamanda fevralın 2-dən etibarən Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatı fəaliyyətə başlayacaq. Bunlar müsbət hadisələrdir. Daha dəqiqi, Türkiyə ilə Ermənistan arasında barışıq müşahidə edirik. Bu, Azərbaycanın da maraqlarına uyğundur”.

Bu sözləri Reyting.az-a professor Rüstəm Məmmədov Türkiyə-Ermənistan münasibətlərində müşahidə olunan müsbət tendensiyaları şərh edərkən bildirib.

R. Məmmədovun fikrincə, Ankara və İrəvan arasında zamanla sülh yaranacaq. Onun sözlərinə görə, bunun alternativi yoxdur və ağıllı ermənilər də bunu dərk edir.


R. Məmmədov

Ermənistandakı revanşist qüvvələrin Türkiyə-Ermənistan əlaqələrinin yaranmasına mane olmağa çalışdığına diqqət çəkən R. Məmmədov əmindir ki, baş nazir Nikol Paşinyan ölkə daxilindəki belə qüvvələri sıradan çıxaracaq: “Buna şübhə yoxdur. Paşinyan bu məsələdə prosesləri öz xeyrinə çəkəcək”.

Professor diqqətə çatdırıb ki, Ermənistanın əhalisi də Türkiyə ilə əlaqələrin qurulmasını istəyir və bu baxımdan xalq Paşinyanın siyasətini müdafiə edəcək.

R. Məmmədov əlavə edib ki, Ermənistan həm də Azərbaycanla əlaqələrin qurulması xəttini seçəcək: “Əlbəttə, biz bəzən gərginliyi, silahlı qarşıdurmaları, erməni təxribatlarını müşahidə edirik. Bununla ermənilər bir növ bizə pressinq etməyə çalışırlar. Ancaq görürlər ki, faydası yoxdur. Ermənistan anlayır ki, Azərbaycanla belə siyasət yeritmək olmaz və belə davam edərsə, daha çox ziyan çəkəcəklər. Odur ki, Türkiyə ilə paralel Azərbaycanla da əlaqələri qaydaya salmaq İrəvan üçün məcburidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}