17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Paşinyan: “Türkiyə ilə danışıqlarda bütün məsuliyyəti üzərimə götürürəm”
Tarix: 20-01-2022 11:54 | Bölmə: Slayd
Paşinyan: “Türkiyə ilə danışıqlarda bütün məsuliyyəti üzərimə götürürəm”

“Hakim “Mülki Müqavilə” partiyasından parlamentin vitse-spikeri Ruben Rubinyan baş nazirin qərarı əsasında və siyasi məqsədəuyğunluqdan irəli gələrək Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi təyin edilib”.

Reytng.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında Ruben Rubinyanın Ermənistandan hansı sənəd əsasında və hansı səlahiyyətlər çərçivəsində xüsusi nümayəndə təyin edilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Paşinyan diqqətə çatdırıb ki, xüsusi nümayəndə yalnız ona, Təhlükəsizlik Şurasına və Ermənistan xalqına tabedir:

“Siyasi məqsədəuyğunluğu nəzərə alaraq Ruben Rubinyana müvafiq statusun verilməsi qərarını verdim. Ruben Rubinyan mənə, Ermənistanın Təhlükəsizlik Şurasına və ümumilikdə Ermənistan xalqına cavabdehdir”.

Buna baxmayaraq, Ermənistan müxalifət blokundan olan deputat Qeqam Manukyan öz sualında israrlı olub: “Ruben Rubinyanın təyinatı ilə bağlı yazılı sənəd varmı? Son üç ildəki acı təcrübəmiz göstərdiyi kimi, əgər Allah eləməsin, sabah Ruben Rubinyan ölkə üçün qəbuledilməz və təhlükəli qərar versə, onun təyinatı ilə bağlı Nikol Paşinyan tərəfindən imzalanmış heç bir rəsmi sənəd olmayacaq”.

Paşinyan isə cavab olaraq bildirib ki, danışıqları kimin aparmasından asılı olmayaraq, bütün prosesə görə məsuliyyət onun üzərində olacaq: “Nə haqqında danışırsan?! Mən onun əməllərinə görə tam məsuliyyət daşıyacağımı nəzərə alaraq ona bu səlahiyyətləri vermişəm”.

Öz növbəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deputatların suallarını şərh edərkən qeyd edib ki, Rubinyanın heç bir sənədi imzalamaq səlahiyyəti yoxdur: “Proses qeyd olunan səviyyəyə çatdıqda, məsələ ilə hakimiyyət məşğul olacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}