14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Putinin gizli sarayının ərazisi Monakodan böyükdür: striptiz zalı və qumarxanası da var
Tarix: 21-01-2022 17:05 | Bölmə: Slayd
Putinin gizli sarayının ərazisi Monakodan böyükdür: striptiz zalı və qumarxanası da var

Rusiyanın müxalifət liderlərindən olan Aleksey Navalnının ötən il ortaya çıxardığı və ölkə prezidenti Vladimir Putinin tikdirdiyi iddia edilən sarayı ilə bağlı yeni məlumatlar yayılıb. Hazırda həbsdə olan Navalnının qrupu tərəfindən ortaya çıxarılan görüntülərə Putinin reaksiyası maraqla gözlənilir.

Reyting.az
-ın məlumatına görə, iddia olunur ki, sözügedən saray Qara dəniz sahillərində gizli şəkildə inşa edilib.

Sözügedən sarayla bağlı bundan əvvəl aparılan araşdırma və görüntülərə bir sutkada 20 milyondan çox insan baxıb və bundan sonra məsələ yenidən gündəmə gətirilib.



Amma rusiyalı milyarder Arkadi Rotenberq Putinə yaxın iş adamları tərəfindən rüşvət vermək məqsədi ilə tikildiyi və Rusiya prezidentinin istifadəsi üçün ayrıldığı iddia edilən sarayın ona məxsus olduğunu açıqlayıb.

Qeyd olunur ki, Putinin Qara dəniz sahilindəki lüks mülklərində gizli tunel, hovuz, buz meydançası və kilsə də var.

A. Navalnının komandası V. Putinin Qara dəniz sahilində 1 milyard funt-sterlinq dəyərində olan sarayında striptiz otağının fotolarını da yayıblar. Həbsdə olan müxalifət liderinin əvvəllər açıqladığı əmlakın təfərrüatlı planları əsasən kompüter görüntülərində təsvir edilsə də, indi Navalnının komandası sarayın minlərlə real fotoşəkilini əldə edib.



Şəkillərin nümayiş olunduğu videoda şərhçi deyir: “Sol otaq, qəlyan, ona nə istəsən deyirsən, striptiz otağıdır. Və təsəvvür etdiyimizdən də pis görünür”.

Rəqqasənin çıxış edəcəyi yerin üstündə və arxasında sayrışan işıq da var. Videoya şərh yazan şəxs “Səhnə yastıqlarla doludur. Onu necə təsvir edəcəyimizi belə bilmirik. Portal? Məbədin günbəzinin silueti?”.

Digər görüntülərdə Putinin iddia edilən yataq otağı, ikinci yataq otağı, kabineti və həmçinin hovuzu əks olunub. Rusiyanın ikibaşlı qartal simvolu bütün sarayda yerləşir və bu yerə rəsmi möhür görünüşü verir.

Kremlə yaxınlığı ilə tanınan bir xəbər orqanı prezidentin dəbdəbəli yaşaması ilə bağlı iddiaları təkzib etmək üçün V. Putinin “1 milyard funt-sterlinqlik Qara dəniz sarayı”nın videogörüntülərini yayıb. “Mash Telegram” tərəfindən yayımlanan yeni görüntülər sarayın tikinti meydançasından təmizləndiyini və işçilərin daxili məkanın çox hissəsini boşaltdığını göstərir. Sahəyə ekskursiya edən “Mash”-ın baş redaktoru Maksim İksanov “Bu yer sadəcə bir böyük beton plitəsidir”,- deyib.



Navalnının baş tədqiqatçı köməkçisi Mariya Pevçix diqqətə çatdırıb ki, bu görüntülər onların əvvəlcədən bildiklərini təsdiqləyir, amma sarayda kifayət qədər havalandırma olmadığı üçün kif əmələ gəlib və orada təmir işləri aparılır.

Hələ ötən ilin ortalarında Navalnı bildirirdi ki, Putinin sarayı Qara dəniz sahilində yerləşir və görüntülər Rusiya prezidentinə qarşı olan, lakin kimliyini açıqlamaq istəməyən şəxslər tərəfindən sızdırılıb. Rusiya mətbuatı isə Navalnının paylaşdığı görüntülərin binanın dekorasiyasına cavabdeh memar tərəfindən sızdırıldığını iddia edib.



Putinin sarayı kimi təqdim edilən ultra dəbdəbəli qalada binanın interyerinin təəccüblü 3D görüntüləri də üzə çıxır. Öz qumarxanası, striptiz zalı, SPA və kinoteatrı olduğu iddia edilən məkanın ərazisinin Monakonun ərazisindən böyük olduğu bildirilir.

Navalnı iddia edir ki, mülkün ətrafında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) təxminən 7 min hektar ərazisi var və şato kompleksi Putinin yaxın müttəfiqləri, məsələn, Rusiyanın neft nəhəngi -“Rosneft”in rəhbəri İqor Seçin və milyarder iş adamı Gennadi Timçenko tərəfindən maliyyələşdirilir.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}