Konqres Rusiya rəhbərliyinə qarşı sanksiyalara baxacaq
Tarix: 22-01-2022 10:07 | Bölmə: Slayd
Konqres Rusiya rəhbərliyinə qarşı sanksiyalara baxacaq

ABŞ-ın nümayəndələr palatasının müzakirəsinə Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı növbəti qanun layihəsi çıxarılıb.

Reyting.az
rambler.ru-ya istinadla xəbər verir ki, bu barədə konqresin beynəlxalq komitəsinin mətbuat xidməti məlumat yayıb. Komitənin sədri Qreqori Miks açıqlamasında Ukraynaya hərbi müdaxilə, yaxud, suverenliyinə təhdid yaradacağı təqdirdə, Rusiya iqtisadiyyatının cəzalandırılması və digər sanksiyalarla bağlı qanun layihəsinin müzakirəyə veriləcəyini bildirib. Demokrat Robert Menendesin təqdim etdiyi qanun layihəsində söhbət minimum üç maliyə institutunu saxlayan, Rusiyanın dövlət borcunu bağlayan, şəxsən prezident Vladimir Putini və ölkənin digər yüksək çinli rəsmilərini varlandıran “Şimal axını-2” qaz kəmərinə qarşı məhdudlaşdırıcı tədbirlərdən gedir.

Konqreslə yanaşı, amerikalı senatorlar da Ukraynaya müdafiə köməyini tezləşdirilmiş rejimdə təmin etməyi dəstəklədiklərini bildiriblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}