12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zelenski G7-nin toplantısında: "Dünyanın yeni effektiv ittifaqlara ehtiyacı var"
Tarix: 25-03-2022 12:08 | Bölmə: Slayd
Zelenski G7-nin toplantısında: "Dünyanın yeni effektiv ittifaqlara ehtiyacı var"

Prezident Volodimir Zelenski bu gün G7 ölkələrinin nümayəndələri ilə danışıqlarında onları Ukrayna və bütövlükdə region üçün işğalı 24 saat ərzində dayandıracaq təhlükəsizlik sistemi yaratmağa çağırıb.

Ukrayna mətbuatı xəbər verir ki, o, G7-nin təhlükəsizlik sisteminə çevrilə biləcəyinə inandığını deyib: "Sizin G7-nizi təkcə G7 deyil, sülhməramlılardan ibarət G7-yə çevirə bilərik. Bunun üçün nə lazımdır?

Birincisi, Rusiyanın təcavüzünə qarşı sanksiyaları hər həftə sərtləşdirin. O, dayanana və sülhü bizə qaytarana qədər.

İkincisi, Ukrayna və regionumuz üçün yeni təhlükəsizlik zəmanətləri sisteminin yaradılmasında iştirak edin. İstənilən təcavüzkarı 24 saat ərzində dayandıra biləcək real zəmanətlər, effektiv təminatlar lazımdır. Biz U24 kimi assosiasiyasını yaratmağı təklif etmişik. Bu, dünyanın həqiqətən ehtiyac duyduğu şeydir”, - Zelenski videomüraciətində bildirib.

O vurğulayıb ki, belə bir sistem nəinki müharibə və hərbi əməliyyatları tez dayandıra, həm də təbii fəlakətlərdən, miqrasiya və ya ərzaq böhranı ilə üzləşən pandemiyadan əziyyət çəkən ölkələrə kömək edə bilər: "Dünyanın yeni effektiv ittifaqlara, yeni effektiv təminatlara ehtiyacı var".(Report)

Zelenski daha sonra dünyanın ən varlı 7 ölkəsinin Ukraynanın yenidən qurulmasında iştirak etməyə çağırıb: 

"Müharibədən sonra dövlətimizi birlikdə mümkün qədər tez bərpa etməliyik, şəhərlər tikməli, iqtisadi həyatı bərpa etməli, insanları qaytarmalıyıq. Mən sizi bu bərpa layihəsində iştiraka dəvət edirəm. Əminəm ki, bu, bizim ümumi maraqlarımıza uyğun olacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər