12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistan bölgədə vəziyyəti yenidən gərginləşdirmək istəyir
Tarix: 25-03-2022 12:02 | Bölmə: Slayd
Ermənistan bölgədə vəziyyəti yenidən gərginləşdirmək istəyir

Ermənistan Xarici İşlər Nazirliyinin guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir.

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunur ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, bölgədə mövqelər və dislokasiya yerləri dəqiqləşdirilir və hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur.

Bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlərə gəldikdə isə, Azərbaycan XİN bildirir ki, Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır:

“Xatırlatmaq istərdik ki, uzun illər ərzində 400.000 dən çox əhalisi olan Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, 30 ilə yaxın Sərsəng su anbarından istifadə etməklə su terrorunu törədən, yüzlərlə insanın həyatına və sağlamlığına son qoyan minalanmış ərazilərin xəritələrinin mövcudluğunu uzun müddət inkar edən, hələ 1990-cı illərin əvvəllərində itkin düşən 4000-dək azərbaycanlının taleyi ilə bağlı məlumatı gizlədən Ermənistanın indi Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi bu ölkənin siyasi riyakarlığından başqa bir şey deyildir”.

Nazirliyin açıqlamasında qeyd olunur ki, hazırda bölgədə sülh və sabitliyin təmin ediməsinin yeganə yolu imzalanmış birgə bəyanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşmasından ibarətdir. Yəni indi siyasi manipulyasiya yox, real işlə məşğul olmaq zamanıdır.






Bölməyə aid digər xəbərlər