12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyada işləmiş amerikalı general: “Putin yaxın vaxtlarda Ukraynaya təcavüzə son qoycaq”
Tarix: 26-03-2022 22:02 | Bölmə: Slayd
Rusiyada işləmiş amerikalı general: “Putin yaxın vaxtlarda Ukraynaya təcavüzə son qoycaq”

Bir vaxtlar Rusiyada ABŞ-ın hərbi attaşesi vəzifəsində işləmiş, hazırda istefada olan hərbi komandir Kevin Ryan bildirib ki, Rusiya prezidenti Putin Ukraynadakı işğalın ilk ayında əsas hərbi məqsədlərinə nail ola bilməyib və müharibəni bir neçə həftəyə bitirməli olacaq. Rusiyanın bütün Ukraynanı ələ keçirməsinin qeyri-mümkün olduğunu deyən general Ryanın fikrincə, Rusiya rəhbərliyi Ukrayna ordusunun imkanlarını aşağı qiymətləndirib.

Reyting.az
-ın məlumatına görə, K. Ryan bildirib ki, V. Putin işğalın ilk ayında əsas hərbi məqsədlərinə çatmayıb, paytaxt Kiyevi və digər böyük şəhərləri ələ keçirə bilməyib. Üstəlik, Rusiya iqtisadiyyatı Qərbin sanksiyaları səbəbindən çökməyə başlayır.

Generalın iddiasına görə, Putin yəqin ki, bir neçə həftə ərzində müharibəni dayandırmalı olacaq: “O, bunu etmək istəmir, amma başqa çarəsi yoxdur. Rusiya ordusu Ukraynadakı imkanlarından tam istifadə edib. Demək olar ki, lazımı sayda əsgərlərini Ukraynaya göndərib, lakin Moskvanın müharibədə uğur qazana bilmədiyi ortadadır”.



K. Ryanın fikrincə, Putin ordusu daha strateji mövqelər əldə edə bilməz: “Ancaq Putin işğala son qoysa belə, Ukraynadan istədiyi güzəşti qoparmadan bütün qüvvələrini ölkədən çıxarmayacaq”.

Bir çox Qərb hərbi rəsmiləri daha əvvəl bəyan ediblər ki, Rusiya ordusu fevralın 24-də başlayan və bir çox yerlərdə Ukrayna qüvvələri tərəfindən dəf edilən hərbi əməliyyatda böyük itkilər verib.

ABŞ-da yerləşən “Institute for War Studies” analitik mərkəzinin məlumatına görə, Ukrayna ordusu bu yaxınlarda Rusiya qoşunlarını müdafiə mövqeyinə keçirməyə məcbur edib.




Bölməyə aid digər xəbərlər