12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Araik və digər separatçılar Qarabağdan qaçacaq - Deputat
Tarix: 29-03-2022 17:32 | Bölmə: Slayd
Araik və digər separatçılar Qarabağdan qaçacaq

“Qarabağda vəziyyətin yenidən gərginləşməsi heç kimə lazım deyil. Üçtərəfli razılaşma var və bu sənədin müddəaları həyata keçirilməlidir. Tərəflər buna riayət etməli, öhdəliklərə ciddi yanaşmalıdır. Azərbaycan bu sənədə və üzərinə düşən öhdəliklərə ciddi yanaşır”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü Rasim Musabəyov Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət dairəsində olan Azərbaycan ərazilərində artan gərginliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya Qarabağdakı qüvvələrinin müəyyən hissəsini çıxarıb, bu cür davam edərsə, bir qədər də çıxarmalı olacaq:

“Aydındır ki, rus hərbçiləri Qarabağda sülhü təmin etməkdən daha çox ermənilərin müdafiəsi ilə məşğuldur. Ermənilər də bilirlər ki, bundan sonra vəziyyət çətin ola bilər. Ona görə də başlayıblar tələm-tələsik müdafiə qurmağa. Amma bizim ordumuz onlara istehkam qurmağa, hansısa müdafiə xətti yaratmağa imkan vermir. Bu da qanunauyğundur və buna təbii yanaşmaq lazımdır. Bizə qarşı silah işlədib, təxribat törətmək cəhdlərinə isə cavab verilib və veriləcək”.

R. Musabəyovun fikrincə, Ukraynadakı vəziyyətdən asılı olaraq Rusiya Qarabağdakı sülhməramlı qüvvələrinin müəyyən hissəsini də həmin ölkəyə göndərə bilər: “Buna paralel olaraq biz də öz işimizi görəcəyik. Söhbət ondan gedir ki, separatçıların orada az-çox hərbi texnikası qalıb, müəyyən müdafiə xətti qurublar. İmkandan asılı olaraq, biz də silahlı şəxslərə qarşı müəyyən tədbirlər görəcəyik”.

Deputat sonda deyib ki, erməni separatçılarının başçı Araik Arutyunyan və digər separatçılar Qarabağdan qaçacaq. Qalanları isə Azərbaycan qanunlarına tabe olmağa məcburdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər